Bakıda ən çox cinayət hansı rayonda törədilir? - SİYAHI

Bakı şəhərinin rayonları üzrə ən çox cinayət hadisələri Binəqədi rayonunda qeydə alınır. Milli.Az bildirir ki, report Bakı Şəhəri Statistika İdarəsinə istinadən xəbər verir ki, 2014-cü ildə Bakı şəhəri üzrə cəmi 12288 cinayət qeydə alınıb. Bu rəqəm 2013-cü ildə 10984, 2000-ci ildə 5539 olub. 2014-cü ildə Binəqədi rayonunda 1504 cinayət qeydə alınıb. 2013-cü ildə bu rəqəm 1414, 2000-ci ildə 516 olub. Xətai rayonunda 2014-cü ildə 1344 cinayət qeydə alınıb. 2000-ci ildə bu göstərici 679 olub. Bakı şəhərinin rayonları üzrə ən az cinayət Səbail rayonunda qeydə alınır. Belə ki, 2014-cü ildə bu rayonda 700 cinayət qeydə alınıb. 2000-ci ildə bu göstərici 531 olub. Suraxanı rayonunda qeydə alınan cinayətlərin sayı isə sürətlə artıb. 2000-ci ildə rayonda 336 cinayət qeydə alındığı halda, 2014-cü ildə bu rəqəm 849 olub. Eləcə də Sabunçu rayonunda 2000-ci ildə 454, 2014-cü ildə 1148 cinayət qeydə alınıb. Nizami rayonunda 2000-ci ildə 457, 2014-cü ildə isə 1202 cinayət qeydə alınıb. Nərimanovda 2000-ci ildə 554, 2014-cü ildə 1080, Nəsimi rayonunda 2000-ci ildə 731, 2014-cü ildə 1483 cinayət qeydə alınıb. Yasamalda bu göstərici son 10 ildə 681-dən 1325-ə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31