MTN-çilərin daha bir cinayətinin üstü açıldı

Ləvğ edilən Mili Təhlükəsizlik Nazirliyinin (MTN)-in əməkdaşlarının daha bir iş adamına qarşı törətdikləri cinayət faktı ilə bağlı məlumat ortaya çıxıb. Milli.Az bildirir ki, bu barədə lent.az-a vəkil Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, MTN əməkdaşları tərəfindən iş adamı Seyhun Mustafayevin milyonlarla dəyəri olan obyektləri hədə-qorxu yolu ilə ələ keçirilib: "2007-ci ildə hüquqlarını müdafiə etdiyim şəxs  - Seyhun Mustafayev Moskva-Bakı aviareysi ilə hava limanına düşüb. Bu zaman MTN-in əməkdaşları onu elə hava limanındaca həbs ediblər. Guya onun biznesini keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlaqələndirərək, hədə-qorxu yolu ilə bütün əmlakını əlindən alıblar. MTN əməkdaşları dəyəri milyonlarla ölçülən obyektlərini məcburi şəkildə tanımadıqları adamın adına keçirmək üçün hüququnu müdafiə etdiyim şəxsi və həyat yoldaşını silahlı dəstənin müşahidəsi altında notariat orqanına gətiriblər". Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs faktla bağlı Baş Prokurorluğun yanında Ağır Cinayətlərə dair İstintaq idarəsini çağırılıb və bu həftə ərzində dindiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31