İqtisadiyyat

Ekspert: “Dünya neft bazarında qlobal oyun qaydalarına yenidən dəyişikliklər edilir”

25 Sentyabr 2018 16:13

OPEK və bu təşkilata üzv olmayan ölkələrin son birgə toplantısında hasilatın artırılması ilə bağlı qərarin qəbul edilməməsinə qlobal neft bazarı qısa zamanda reaksiya verdi. Brent markalı neftin bir barelinin dünya bazar qiyməti 2015-ci ildən sonra ilk dəfə olaraq 80 dollarlıq psixoloji həddi keçib. Bu Azərbaycan neftin hər barelinin 80 dollardan daha baha satılması deməkdir. Bir tərəfdən OPEK+ razılıq əldə edə bilmədi, digər tərəfdən isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiayalar qobal təklifin gündəlik 1.1 milyon barel azalmasına səbəb olur. Bu isə tələb və təklif arasında fərqin genişlənməsinə və nəticədə neftin dünya bazar qiymətində artımlara gətirib çıxarmaqdadır. “Olaylar” xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayamov bildirib ki, OPEK-in son toplantasından sonra JP Morgan Brent markalı neftin hər barelinin qiymətinin yaxın zamanlarda 90 dollara çatacağını proqnozlaşdırıb.

Nəqliyyat vasitələrinin hərracında yüksək rəqabət müşahidə olunub

25 Sentyabr 2018 16:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, ayın son hərracında 10 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilib. İştirakçılardan 7-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş verib. Nəqliyyat vasitələri üzrə iştirakçıların aktivliyi ilə hərracda yüksək rəqabət müşahidə olunub.

"Təhlükəsiz internet və vətəndaş təhlükəsizliyi" - "Azercell" yeni proqram reallaşdırır

25 Sentyabr 2018 15:02

“Azercell" şirkətinin təşkilatçılığı ilə Park İnn Hotel-də “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlim proqramının təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib.

Döv­lət Proq­ra­mı­nın qə­bul edil­mə­si tu­riz­min in­ki­şa­fı­na güc­lü tə­kan ver­di

25 Sentyabr 2018 14:35

Ramiz Yusubov: “Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür” “Hər bir ölkənin sistemli, dinamik və tarazlı inkişafını xarakterizə edən ən mühüm göstəricilərdən biri regionların inkişaf səviyyəsi hesab olunur. Elə bu səbəbdən, Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də ölkə regionlarının davamlı və tarazlı inkişafına nail olunmasıdır. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da artırmaqla yanaşı regionların inkişafına da əhəmiyyətli təsir göstərməkdədir.

170 dövlət əmlakı üzrə seçim imkanı

25 Sentyabr 2018 13:50

Növbəti hərracın vaxtı bəlli oldu