Əmək Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
25 Sentyabr 2018 15:57 İqtisadiyyatƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin islahatlar proqramının əsas hədəflərindən biri də sosial-iqtisadi idarəetmə və əhaliyə xidmət sistemlərində mütərəqqi beynəlxalq yanaşma və təşəbbüslərin, qabaqcıl dünya təcrübəsindən irəli gələn ən müasir texnologiyaların, innovativ və effektiv iş mexanizmlərinin geniş tətbiqinin təmin edilməsidir.
Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya bölməsinin rəhbəri Mohammed El Qorçi təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayıb və Azərbaycanla əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib.
Görüşdə əmək və sosial müdafiə sistemində aparılan islahatlar, habelə Azərbaycanda aparılan pensiya islahatı ilə bağlı son vəziyyət, ünvanlı dövlət sosial yardım proqramı, məşğulluq və s. məsələlərlə bağlı müzakirələr aparılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.