İqtisadiyyat

Yaqub Eyyubov: “Azərbaycan “Lapis-Lazuli” layihəsinin reallaşdırılması üçün əlindən gələni edəcək”

29 Noyabr 2018 16:30

Türkmənbaşı şəhərində tranzit və nəqliyyat əməkdaşlığı haqqında “Lapis-Lazuli” Sazişinin iştirakçısı olan ölkələrin (Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə) nəqliyyat nazirlərinin beynəlxalq konfransı keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Olaylar”a bildirilib ki, konfransın işində Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

AZTA sədri İctimai Şuraya üzv seçilib

29 Noyabr 2018 16:19

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Kiçik və orta biznesin inkişafı agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuraya üzv seçilib. “OLAYLAR” xəbər verir ki, yeni yaradılmış İctimai Şuranın təqdimatı keçirilib.

“Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı

29 Noyabr 2018 15:42

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasının qalibləri bəlli olub.

I Beynəlxalq Elm və Texnologiya konfransı keçirilir

29 Noyabr 2018 15:13

Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə I Beynəlxalq Elm və Texnologiya konfransı keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, beynəlxalq elmi-praktiki konfrans ali məktəb elmi işçilərini və müəllimlərini, mühəndis və texniki elmlər sahəsində mütəxəssisləri, doktorantları, aspirantları öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək məqsədi ilə təşkil edilib. Konfransın açılış mərasimində AMEA-nın, Azərbaycan və dünyanın bir sıra dövlətlərinin ali təhsil müəssisəsinin rəhbər və əməkdaşları iştirak edib.Konfransa 10 ölkədən tərtibat qaydalarına uyğun 100-dən çox məqalə qəbul edilib.

BP ilə Azərbaycanda alternativ enerji imkanları müzakirə edilib

29 Noyabr 2018 15:05

Energetika naziri Pərviz Şahbazov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində BP ilə əməkdaşlıq imkanları müzakirə edilib.

“Telekommunikasiya sahəsində tətbiq edilən tariflər” barədə beynəlxalq seminar keçirilib

29 Noyabr 2018 15:01

Bu gündən Avropa İttifaqı ölkələrindən olan mütəxəssislərin iştirakı ilə “Telekommunikasiya sahəsində tətbiq olunan tariflər” mövzusunda ikigünlük seminar öz işinə başlayıb. “OLAYLAR” xəbər verir ki, Avropa Komissiyasının dəstəyi ilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan seminarda nazirliyin, eləcə də “Aztelekom”, “Bakı Telefon Rabitəsi”, Dövlət Radiotezliklər İdarəsi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin nümayəndələri iştirak edib.

AQTA maarifləndirici videoçarx yayımlayıb

29 Noyabr 2018 14:55

AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində yeni videoçarx hazırlayıb. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, videoçarxın hazırlanmasında əsas məqsəd qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində sahibkarların və istehlakçıların maarifləndirilməsi, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin üzərinə düşən məsuliyyət və öhdəliklərin diqqətə çatdırılmasıdır.

Dünyanın 15 ölkəsinin 35 mütəxəssisi Bakıda bir araya gələcək

29 Noyabr 2018 14:47

Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a bildirilib ki, dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Bal satışı məqsədilə kompleks müəssisə tikilib

29 Noyabr 2018 14:44

Türkiyə respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Türk İşbirliyi Koordinasiya Agentliyinin (TİKA) və “Dağ Arıçıları” İctimai Birliyinin sədri, Qubadlı rayon sakini, arıçılıq üzrə mütəxəssis Yusif Quliyevin birgə köməkliyi ilə Sumqayıt şəhəri,

Nəqliyyat sahəsi Azərbaycan-Türkmənistan tərəfdaşlığının strateji istiqamətlərindən biri kimi

29 Noyabr 2018 14:42

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən logistik zəncirin əsas halqasına çevrilmək üçün hər cür şəraitə malikdir

Çinin İpəkçilik İnstitutunun nümayəndələri ADAU-da olublar

29 Noyabr 2018 14:31

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Çin Xalq Respublikasının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənir. Bu əlaqələr çərçivəsində qeyd olunan ölkənin Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyasının İpəkçilik İnstitutunun diektor müavini xanım Vang Xiangyunun rəhbərlik etdiyi nümayəndə heyəti ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirə olunması məqsədilə universitetə səfər ediblər.

“Bakcell”in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29 Noyabr 2018 14:16

Azərbaycanın İlk Mobil OЯкорьperatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti özünün rouminq xidmətlərindən istifadəni daha da əlçatan edib. Belə ki, yeni istifadəyə verilmiş USSD funksionallığı sayəsində abunəçilər “Bakcell”in bütün rouminq təklifləri barədə məlumat almaq və tələblərinə tam şəkildə cavab verən sərfəli paketlərdən birini seçmək imkanına malikdirlər.