Azərbaycanda devalvasiya təhlükəsi gözlənilmir

Ekspert: "Manatın məzənnəsinin hədsiz dərəcədə möhkəmləndirilməsi ölkə iqtisadiyyatı və onun prespektiv inkişafı üçün zərərlidir"

Ekspert: "Manatın məzənnəsinin  hədsiz dərəcədə möhkəmləndirilməsi ölkə iqtisadiyyatı və onun prespektiv inkişafı üçün zərərlidir"

"Ölkədə gedən iqtisadi proseslərin hazırkı mənzərəsi onu göstərir ki, yaxın və gələcək illər üçün narahat edici proqnozlar verməyə heç bir əsas yoxdur. Ölkənin büdcə, maliyyə, bank sistemində hanı proseslərin cərayan edə biləcəyi barədə vətəndaşlar ayrı-ayrı ekspertlərin deyil, məhz rəsmi dövlət qurumlarının, o cümlədən Maliyyə Nazirliyinin mövqeyinə və izahatına əsas kimi baxsalar daha yaxşı olar." Bu fikirləri Olaylar.az-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi icmalçı Aydın Quliyev deyib.

O bildirib ki, hazırkı şəraitdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, habelə dövlət maliyyə qurumlarının əsas mövqeyi ondan ibarətdir ki, manatın məzənnəsinin  hədsiz dərəcədə, möhkəmləndirilməsi ölkə iqtisadiyyatı və onun prespektiv inkişafı üçün zərərlidir: "Bu zərərlər özünü ölkədə ixrac potensialının zəifləməsində, idxal üçün daha geniş imkanlar yaranmasında və milli istehsalın imkanlarını məhdudlaşdırılmasında göstərər.

Bu gün Azərbaycanda qeyri-neft sektoru xüsusilə də qeyri-neft istehsal sektoru inkişaf edir. Bu inkişaf şəraitində milli valyutanın ifrat möhkəmlənməsi qeyri-neft sektorunda başlamış inkişaf prosesinə öldürücü təsir göstərə bilər.

Bu nöqteyi nəzərdən Maliyyə Nazirliyinin izahatı, Azərbaycanda gedən proseslərin indiki vəziyyətinə və məntiqi davamına uyğundur. Bu həm də, ölkənin iqtisadi inkişafı üçün yeni prespektivlər açmaq baxımından doğrudur."

Ekspert qeyd edib ki, verilən açıqlamalardan, ölkədə develvasiyanın yeni mərhələsinin başlaması barədə hay-küyçü nəticələr çıxarmaq, vətəndaşların fikirlərində çaşqınlıq yaratmaq kimi təhlükəli təsirlərə malik ola bilər:

"Vahid Əhmədov təcrübəli iqtisadçıdır. Onun nəzəri və pratiki olaraq hazırlıq  səviyyəsi şüphə doğurmur. Lakin xüsusilə hazırkı şəraitdə manatın məzənnəsinin möhkəmlənməsi ilə bağlı onun və digər iqtisadçıların fikirlərinin əsası yoxdur.

Azərbaycanda devalvasiya təhlükəsi gözlənilmir. Ölkənin çox böyük valyuta ehtiyatları var, həmçinin ixrac potensialı getdikcə artır və Azərbaycanın iqtisadiyyatının neftdən aslılığı getdikcə zəifləyir. Belə şəraitdə yeni develvasiya dalğasından danışmaq doğru olmazdı."

A.Quliyevin sözlərinə görə, vətəndaşlar bu məsələdə dövlətin rəsmi strukturlarının və Maliyyə Nazirliyinin mövqeyini nəzərə alaraq hərəkət etməlidirlər.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31