Özbəkistanın fermer qadınları Azərbaycan təcrübəsini öyrənirlər

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) əməkdaşları Dünya Bankının Özbəkistanda yeni başladığı analoji layihəyə mütəxəssis köməyi göstərə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) əməkdaşları Dünya Bankının Özbəkistanda yeni başladığı analoji layihəyə mütəxəssis köməyi göstərə bilərlər. Layihə çərçivəsində yaradılmış Pilot Qadın İnkişaf Qruplarının rəhbərləri Daşkənddə keçirilmiş Qadın Sahibkarlığı Həftəsində iştirak ediblər. Yeni yaradılmış 6 qadın qrupunun təqdimatını etməklə yanaşı, azərbaycanlı qadınlar Daşkənddə Dünya Bankının Ofisində, bir sıra başqa beynəlxalq və yerli təşkilatlarda, nazirliklərdə görüşlər keçiriblər. Nazirlikdən "Olaylar"a bildirilib ki,

Azərbaycanın fermer qadınlarını Özbəkistan Respublikası Baş nazirinin müavini və Qadın Komitəsinin Sədri xanım Tənzilə Narbayeva da qəbul edib. Xanım Narbayeva qadınların səlahiyyətlənməsi, onların bacarıqlarının artırılması, ictimai qərarvermədə iştirakı kimi məsələlərin ölkədə icra olunan bütün inkişaf layihələrində nəzərə alınmasını istədiyini bildirib. Qeyd edib ki, Qadın İnkişaf Qrupları modeli Dünya Bankı tərəfindən ayrıca layihə kimi hazırlanacaq, pilot olaraq Jizzak və Fərqanə əyalətlərində həyata keçiriləcək. Layihənin hazırlanmasında və pilotların icrasında Azərbaycan təcrübəsindən yararlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31