“Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi” mövzusunda tədbir keçirilib

Bakı Biznes Mərkəzində İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə “Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi” mövzusunda tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, ölkədə mövcud olan sənaye əhəmiyyətli qeyri-filiz xammal ehtiyatlarından səmərəli istifadə və onların tətbiqi sahələri barədə sahibkarları məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə müvafiq dövlət qurumlarının və şirkətlərin nümayəndələri, sahibkarlar iştirak ediblər.

Bakı Biznes Mərkəzində İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə "Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi" mövzusunda tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ölkədə mövcud olan sənaye əhəmiyyətli qeyri-filiz xammal ehtiyatlarından səmərəli istifadə və onların tətbiqi sahələri barədə sahibkarları məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə müvafiq dövlət qurumlarının və şirkətlərin nümayəndələri, sahibkarlar iştirak ediblər.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin inkişaf strategiyasının əsas istiqamətləri sırasında ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun diversifikasiyası ilə yanaşı, genişmiqyaslı sənayeləşmənin həyata keçirilməsi, təbii resurslardan səmərəli istifadə olunması, dəyər zənciri ölkə ərazisində qurulmaqla yüksək əlavə dəyərin yaradılması xüsusi qeyd edilməlidir. Diqqətə çatdırılıb ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, biznes və investisya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatlar aparılıb və təşviq mexanizmlərinin tətbiqinə başlanılıb. Niyazi Səfərov sənayedə istehsalın dəstəklənməsi məqsədilə yerli xammaldan səmərəli istifadənin əhəmiyyətini qeyd edib, təbii resursların sənayenin müxtəlif sahələrinin, o cümlədən ağır sənaye və maşınqayırma, tikinti, kimya, qida və digər sahələrin inkişafında rolunu xüsusi vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31