İqtisadiyyat

“Bakcell”in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29 Noyabr 2018 14:16

Azərbaycanın İlk Mobil OЯкорьperatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti özünün rouminq xidmətlərindən istifadəni daha da əlçatan edib. Belə ki, yeni istifadəyə verilmiş USSD funksionallığı sayəsində abunəçilər “Bakcell”in bütün rouminq təklifləri barədə məlumat almaq və tələblərinə tam şəkildə cavab verən sərfəli paketlərdən birini seçmək imkanına malikdirlər.

Babək prospektinin yenidən qurulması yekunlaşır

29 Noyabr 2018 12:55

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 km olan Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşır. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılıb. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilib.

Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

28 Noyabr 2018 18:24

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti qarşıdan gələn “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında fəal iştirak etməyə hazırlaşır.

QDİƏT-in Parlament Məclisinə sədrlik Azərbaycana keçdi

28 Noyabr 2018 17:40

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinə sədrlik Azərbaycana keçdi. Bununla bağlı qərar məclisin İrəvanda keçirilmiş 52-ci sessiyasında qəbul edilib. Beləliklə növbəti – 53-cü sessiya 2019-cu ilin iyununda Bakıda təşkil olunacaq.

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Moskvada informasiya texnologiyaları üzrə kursda iştirak edir

28 Noyabr 2018 17:28

26-30 noyabr tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatının üzv-dövlətlərinin milli qurumlarının informasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri üçün “Windows PowerShell ilə idarəçiliyin avtomatlaşdırılması” mövzusunda ixtisasartırma kursu keçirilir.

Nazirlik yeni dövlət istiqrazlarını yerləşdirib

28 Noyabr 2018 15:39

27 noyabr 2018-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0106018697 ISIN kodlu, tədavül müddəti 1092 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

14 karxananın fəaliyyəti dayandırılıb

28 Noyabr 2018 15:14

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlərin davamı daş karxanalarında olub. Komitədən “Olaylar”a verilən məlumata görə, belə torpaqlarda təyinatına zidd olaraq və sənədsiz tikintilərin aparılmasının və torpaqların üst münbit qatının korlanmasının qarşısı alınır. Monitorinq zamanı məlum olub ki, müvafiq qurumlar tərəfindən ayrı-ayrı vaxtlarda karxana fəaliyyəti üçün qeyri-qanuni olaraq torpaq sahələri ayrılıb. Karxanalar tərəfindən həmin torpaq sahələrinin məqsədli təyinatı özbaşına dəyişdirilərək mişar daşı istehsal olunur. Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər hüquq mühafizə orqanlarına göndərilib.