AZTA əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Turizm Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı  Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. "OLAYLAR"-a daxil olan məlumata görə, memorandumu AZTA rəhbəri Nahid Bağırov və AQSİA sədri Səkinə Babayeva  imzalayıb. Memorandumun məqsədi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı  Assosiasiyasının Turizm Komissiyasının AZTA ilə əməkdaşlıq əlaqələrinin  qurulması, turizm sahəsində qadın sahibkarların fəaliyyətinin təşviqi və  dəstəklənməsindən ibarətdir.

İmzalanma mərasimi çərçivəsində tərəfər səmərəli əməkdaşlığın formalaşması üçün birgə İşçi Qrupunun yaradılması barədə qərar qəbul ediblər. İşçi qrupunun fəaliyyəti qadın sahibkarların xüsusi təlimlərdə  iştirak etməsini təmin etmək, eləcə də, bölgələrə infoturların təşkil  edilməsi və yerli əhali arasında kənd turizminin ev təsərrüfatı  şəratində inkişafı potensialı haqqında məlumatlandırmaqdan ibarət  olacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31