İxrac mövzusunda tədbir keçirilib

İxracın təşkili və ixrac zamanı tətbiq olunan güzəştlər barədə sahibkarların maarifləndirilməsi məqsədilə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi “Mənşə ekspertizalarının mahiyyəti, prosedurları və ixrac zamanı güzəştlərin tətbiqi” mövzusunda tədbir keçirib.

İxracın təşkili və ixrac zamanı tətbiq olunan güzəştlər barədə sahibkarların maarifləndirilməsi məqsədilə  Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi "Mənşə ekspertizalarının mahiyyəti, prosedurları və ixrac zamanı güzəştlərin tətbiqi" mövzusunda tədbir keçirib. Nazirlikdən "Olaylar"a bildirilib ki, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov bu sahədə qanunvericilik bazası, ixrac prosedurları barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda qeyri-neft sektorunun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişlənməsinin nəticəsidir ki, ötən illə  müqayisədə bu ilin ötən dövründə mənşə ekspertizaları üzrə müraciətlərin sayında 30 faizə yaxın artım olub. Azərbaycan İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31