On beş ildə 1.900000 yeni iş yeri yaradılıb
Son 15 il ərzində ölkədə 1.900000 yeni iş yeri yaradılıb ki, onların da əksəriyyəti daimidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından “Olaylar”a daxil olan məlumata görə, Yoxsulluq səviyyəsi 5,4, işsizlik səviyyəsi isə 5 faizə endirilib.
10 Dekabr 2018 14:56 İqtisadiyyatSon 15 il ərzində ölkədə 1.900000 yeni iş yeri yaradılıb ki, onların da əksəriyyəti daimidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından "Olaylar"a daxil olan məlumata görə, Yoxsulluq səviyyəsi 5,4, işsizlik səviyyəsi isə 5 faizə endirilib. Respublikada iqtisadi sahədə əldə olunmuş nailiyyətlər beynəlxalq strukturlar tərəfindən də layiqincə qiymətləndirilib. Belə ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə yüksəldib. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub. Keçən ilin yekunlarına görə, respublikamızda əhalinin gəlirləri 8,3%, işçilərin orta aylıq əməkhaqqı isə 5,7% artıb.