Şəkidə yol infrastrukturu inkişaf etməkdədir

Müstəqil Respublikamız güclü iqtisadiyyatı ilə beynəlxalq müstəvidə böyük nüfuza sahibdir. Bu gün Azərbaycanda iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilir. Ölkənin dinamik və kompleks şəklində inkişafının, həmçinin beynəlxalq müstəvidə möhkəmlənməsinin təməlində düşünülmüş uğurlu daxili və xarici siyasət dayanır. Əsası müstəqil Azərbaycanın banisi, müstəqil Azərbaycanın qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını İlham Əliyev layiqincə davam etdirir. Uğurlu inkişaf strategiyası paytaxt Bakı və bütün regionları əhatə edir. Azərbaycanın keçdiyi sürətli və dayanıqlı inkişaf yolunda 2004-cü ildən icra edilməyə başlanan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı böyük rol oynayır. İnkişaf strategiyasına söykənmiş Dövlət Proqramının uğurlu icrası ölkəni bütün sahələr üzrə inkişaf etdirir. 14 ildir icra edilən proqramın artıq üçüncü mərhələsi də müvəffəqiyyətlə başa çatmaqdadır. Regionların kompleks şəklində inkişafı ümumilikdə ölkə iqtisadiyyatını möhkəmləndirir. Azərbaycanın yalnız bir sahəyə bağlı olmayan dayanıqlı iqtisadiyyatı onu deməyə əsas verir ki, baş verə biləcək istənilən iqtisadi böhran vəziyyətindən böyük zərərlə ayrılmayacaq. Neft sektoru ilə yanaşı qeyri-neft sektorundakı inkişaf və qeyri-neft sektoru üzrə ixracatın artırılması  ölkə iqtisadiyyatının dayanıqlılığını təmin edir.

Qeyri-neft sektoru inkişaf etməklə  ölkənin iqtisadi potensialının gücləndirir. Hər şeydən əvvəl yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verir ki, bu da birabaşa əhalinin sosial rifahını yaxşılaşdırır. Qeyri-neft sektorunun aparıcı sahələrində yüksək nəticələr nəzərə çarpır. Bu kənd təsərrüfatı, istərsə də turizm sahəsində özünü biruzə verir. Qeyri-neft sektorunda canlanma Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı mimimuma endirir.

Kənd təsərrüfatı dünya təsərrüfat sisteminin mühüm sahələrindəndir. Dünyada kənd təsərrüfatının əsas missiyası olaraq onun əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməsi nəzərdə tutulur. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatının sabit və dinamik inkişafı prioritet vəzifə hesab olunur.

Bu gün Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Kənd təsərrüfatı sahəsi Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsidir.Kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar nəticəsində dövlət, əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilir. İxrac potensialı kifayət qədər böyük olan bu sahə əhalinin məşğulluğunun təmin edilməsi üçün də mühüm əhəmiyyət kəsb edir. İnkişaf istiqamətində aqrar sektora dövlət tərəfindən investisiyalar qoyulur. Həmçinin ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur.

Bu gün rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməklə qeyri-neft sektorunun ixracının ümumi həcminin artırılmasına nail olunur.

Qeyri-neft sektorunun əsas sahələrindən biri də turizmdır. Beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən biridir. Hazırda dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən 1/3-i  beynəlxalq turizm vasitəsilə həyata keçirilir.

Ümummilli lider Heydər Əliyev ölkədə turizmin inkişafına xüsusi önəm verirdi.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə "2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı" qəbul edilib. 2002-ci ildən başlayaraq hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilib.

Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafına prioritet istiqamətlərdən biri kimi diqqət yetirir.

Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramı turizm sahəsinin inkişafında əhəmiyyətli rol oynayır.

Ölkəmizdə turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər müvəffəqiyyətlə yerinə yetirilir. Müxtəlif ölkələrdən gələn turistlərin istirahəti, onların təhlükəsizliyinə xüsusi önəm verilir.

Respublikamız öz əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti ilə turistlərin diqqət mərkəzindədir. Turzimin inkişafı ölkəmizin dünyaya tanıtdırılmasında əhəmiyyətli rol oynayır. İstər paytaxt Bakı istərsə də, bölgələrdə turizmlə bağlı yüksək, müasir standartlara cavab verən müəssisələr yaradılır və infrastruktur qurulur. Yüksək inkişaf nəticəsində turistlər istirahət üçün yalnız Bakı deyil, həm də regionlara, müxtəlif bölgələrimizə üz tuturlar. Bu gün Azərbaycan turizmində mövsümlük anlayışı aradan qalxıb. İlin istənilən fəsillərində paytaxta və bölgələrə turistlərin gəlişinin şahidi oluruq.

Qusarda yerləşən "Şahdağ" Yay-Qış Turizm Kompleksi müasirliyi və universallığı turistləri özünə cəlb edir. Buna Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan "Tufan" Dağ-Xizək  Mərkəzini də aid edə bilərik. Bu məkanlar həm yerli, həm də xarici turistlərin sevimli məkanına çevrilib.

Bütün bunlar Dünya turistlərinin diqqətini Azərbaycana cəlb edir. Dünya Turzim Təşkilatı tərəfindən qeyd olunub ki, son 2 ildə Azərbaycana gələn turistlərin sayı 41 faiz yüksəlib. Azərbaycanın turizm sahəsi böyük perspektivlərə malikdir və turizm sahəsində qarşıya qoyulan məqsədlər müvəffəqiyyətlə yerinə yetirilir. Bu inkişaf respublikamızı dünyanın turizm ölkələrdindən birinə çevirməkdədir.

Hər tərəfli inkişafı hədəf alan Regionların sosial-iqtisadi inkişına dair Dövlət Proqramlarının icrasında mühüm və əhəmiyyətli yer tutan vəzifələrdən biri də yeni yolların çəkilməsi, yüksək standartlara cavab verən yol infrastrukturunun qurulmasıdır. Bu az öncə bəhs etdiyimiz turizmin inkişafı üçün də önəmlidir. Dövlət Proqramı icra olunmağa başladığı gündən bölgəlirimizdə müasir yol infrastruktunun qurulmasına diqqət yetirilir. İqtisadi inkişaf üçün mühüm əhəmiyyətə malik olan yol infrastrukturu iqtisadi inkişaf ə yeni investisiyaların qoyulması üçün vacibdir. Bölgələrdə, ucqar kəndlərdə çəkilən yeni yollar əhalinin həyat səviyyəsini daha da rahatlaşdırır. Həmçinin əhalinin məşğulluğunu təmin edir. Tikilən yeni yollarda kifayət qədər işçi qüvvəsindən istifadə olunur.

Avtomobil yolu layihələrin icrası regionları sosial-iqtisadi inkişaf etdirir. Çünki yenidən qurulma prosesi bütün bölgələrimizi, rayonlarımızı hətta ucqar kəndləri dəəhatə edir.

Bu yaxınlarda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz sərəncamına əsasən yenidən qurulan  Şəki-Kiş avtomobil yolunun açılışını edib.

Avtomobil Yolları Dövlət Agentliyindən (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycanda müasir standartalar cavab verən yol infrastrukturunun daha da təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması kimi tədbirləri məsuliyyətli və uğurla icra edir) məlumat verilib ki, yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolunun hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir. Yolboyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları tikilib.

İlham Əliyevin Sərəncamına uyğun olaraq, Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. 2016-cı ilin iyulunda yağan leysan nəticəsində sel suları həmin körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. LakinAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə cəlb edilən ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu. Yol infrastrukturuna dəyən ciddi ziyanın aradan qaldırılması və Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Prezident İlham Əliyev tərəfindən 2016-cı il avqustun 16-da müvafiq Sərəncam imzalanmışdı.

Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Layihə çərçivəsində çayda su axınının tənzimlənməsi və yaşayış məntəqələrini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.

Şəki-Kiş avtomobil yolunun inşası iki yaşayış məntəqəsi arasında yük və sərnişin daşınmasının yaxşılaşdırılmasına imkan verəcək, həmçinin yerli və xarici turistlərin Kiş kəndinə və "Marxal" istirahət mərkəzinə gediş-gəlişində mühüm rol oynayacaq.

İstər Şəki-Kiş avtomobil yolu istərsə də digər yolların yenidən qurulması hesabına bu gün yol qəzaları müsbət irəliləyiş göstəricisi ilə azalmaqdadır.

Bütün bunlar Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının nə qədər uğurla icra edildiyinin göstəricisidir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31