Bank sektoruna güvəni artırmaq üçün əlimizdən gələni etməliyik-Ekspert- ÖZƏL
13:49 İqtisadiyyat"Birmənalı olaraq Azərbaycanda banklara güvən var, və yaxud da Azərbaycanda banklara güvən yoxdur cavablarını vermək doğru olmazdı. Yəni, Azərbaycanda banklara müəyyən kəsim insanların da, əlbəttə, müştəri seqmentində güvən var, çünki depozit portfeli var, pərakəndə müştəriləri var. Və bu gün Azərbaycanda banklarla bir çox insanlar işləyirlər, çalışırlar, depozitlər qoyurlar, müxtəlif xidmətlərdən istifadə edirlər. O cümlədən kreditlər götürürlər, kredit kartları götürürlər və sair". Bunu "Olaylar"a açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib: "Amma bu güvən tam deyil və lazımi səviyyədə deyil. Yəni bu gün Azərbaycanda banklara güvən, əslində, daha çox olmalı idi. İstər depozit tərəfdən, istər müəllim, deməli, biznes sektoru ilə qarşılıqlı əlaqədə, biznes kreditlərinin cəlb olunmasında və sair. Yəni, burada əslində, güvənin az olmasına, yəni kifayət qədər olmamasına səbəb həm tarixi faktorlar var- son 30 ildə bank sektorunun keçdiyi, daha doğrusu, 35-40 il ərzində bank sektorunun keçdiyi bir yol var, SSRİ dağılandan dərhal sonra.
Və bir də hal-hazırda baş verən proseslər var. Müəyyən, əlbəttə, tədbirlər görülür bank sektoruna güvənin artması üçün: əmanətlərin sığortalanması və sair, və sair. Amma qeyd etdiyimiz kimi, yeni transformasiya baş verir. Yəni yeni sahələr meydana gəlir. Sənaye, 4-cü sənaye inqilabı, rəqəmsallaşma, süni intellektin artıq həyatımıza bu şəkildə, aktiv şəkildə daxil olması və sair. Və bunlar bank sektorunda yeni çağırışlar formalaşdırır və risklərin idarə edilməsinə yeni baxışlar formalaşdırır".
Onun sözlərinə görə, risklərin idarə edilməsi, çox təəssüf ki, bir çox hallarda formal xarakterə çevrilir: "Risklərin idarə edilməsi bu deyil. Risklərin idarə edilməsi bir fəlsəfədir, mədəniyyətdir. Risklərin idarə edilməsi bank sektoruna hopdurulmalıdır, yoxsa "nəyisə etdikmi? Bunun, ümumiyyətlə, tətbiqi məsələsi, açığını deyim ki, hal-hazırda, şəxsən 10 ildən çox risk meneceri olan və ölkənin də, belə deyək ki, risk meneceri seçilmiş bir şəxs kimi məni qane etmir, açığı. Yəni qane etmir.
Çünki sənədləşmə, formal yanaşma və sair, və sair, bu, nəticə etibarilə, o risklərin idarə edilməsində müəyyən boşluqları yenə də saxlayır. Yəni mümkün deyil ki, yəni ki, mədəniyyət olmadan, o hopma olmadan, o fəlsəfəni tam dərk etmədən, o müntəzəmliyi qorumadan risklərin idarə edilməsini müvəffəqiyyətli bir şəkildə həyata keçirə bilsin bank sektoru. Ona görə bu sahə çox önəmlidir.
Bir də nəzərə almaq lazımdır ki, əməliyyatlar artır, sayı artır, ondan sonra məbləğlər artır və sair. Və nəticə etibarilə, biz, hətta mən bunu 2013-cü ildə qeyd etmişdim beynəlxalq forumların birində, gələcəkdə plastik kartlar sahəsində risklər daha da çoxalacaq. Çünki rəqəmlər artdıqca bu kənar müdaxilələr və yaxud da ki, hər hansı əməliyyat riskləri və sair ehtimalı artacaq. Ona görə də biz bu sahədə, əlbəttə ki, çox diqqətli olmalıyıq. Çünki bundan sonrakı məsələlərdə, əlbəttə ki, bir də bir önəmli bir məsələ var burada, mən onu qeyd etməliyəm.
Əvvəllər bank sektoruna güvən onunla formalaşırdı ki, məsələn, bir bank batdı və yaxud da ki, iflas oldu. Amma hal-hazırda bank sektorundakı bu plastik kartlar, rəqəmsallaşma, bu əməliyyatlar o qədər çoxalıb ki, 24 saat ərzində bunlar baş verir də. Biz artıq bank sektorunda 24 saat xidmət görüürük. 30-40 il bundan əvvəl belə deyildi. 30-40 il bundan əvvəl bank sektorundan xidməti siz 7-8 saat ərzində görürdünüz. Və bugün bu xidmət ki, genişlənib, inklüzivlik artıb, bu, daha çox məsuliyyət tələb edir. Və ona görə də hətta bank batmayanda belə öz imic-reputasiyasını kəskin bir şəkildə itirə bilər. Və bu, çox təhlükəlidir. Ona görə düşünürəm ki, məsələlərə yenidən baxmaq lazımdır. Amma bank sektorunun burada əsas məsələsi nədən ibarətdir? Bank sektoruna güvəni artırmaq üçün əlimizdən gələni etməliyik".
Ekspert əlavə edib ki, hansı banka etibar etmək fikrinə konkret yanaşma düzgün olmazdı: "Niyə "hansı banka etibar etmək olar?" fikri doğru deyil? Çünki hər hansı bir banka etibar etmək olar dedikdə, şüuraltı olaraq digər banklara etibar etmək olmaz fikri aşılanır. Həm də belə bir fikir formalaşır. Bu isə bank sektoru üçün yaxşı bir hal deyil. Əslində, bankların hamısı işləyir, çalışır. Hər hansı bir bankda ciddi problem varsa, tənzimləyici orqan kimi Mərkəzi Bank əlbəttə, müvafiq tədbirləri görür və görməlidir. Sağlamlaşdırma və sair məsələlər var.
Amma burada "hansısa banka etibar etmək" sualına heç bir iqtisadçı və yaxud da ki, bank işçisi, maliyyəçi buna tam olaraq cavab verməz və konkret olaraq bank göstərməz. Çünki "A bankına daha çox etibar etmək olar" dedikdə, "Nə üçün B bankına olmaz?" sualı ortaya çıxır. Ona görə burada önəmli olan məsələ, əlbəttə ki, sistemə olan münasibətdir. Ümumiyyətlə, bank sisteminə olan etibarı yüksəltmək lazımdır. Və əlbəttə ki, sektorda zəif banklar da ola bilər, güclü banklar da ola bilər. Amma ümumiyyətlə, böyük və kiçik banklar da nisbi məsələdir. Məsələn, xarici ölkələrdə də, dünyanın bir çox ölkələrində də, hətta bəzi hallarda kiçik banklara daha çox güvən olur. Çünki kiçik bankların batma təhlükəsi, batma ehtimalı nisbətən aşağı olur və həm də kiçik banklarla ünsiyyət, münasibət, kiçik, orta sahibkarlar üçün, əhali üçün daha rahat olur.
Ona görə burada nisbi məsələdir. Yəni bankların böyüklüyünə, kiçikliyinə görə onları ayırmaq, ayrı-seçkilik salmaq və yaxud da ki, hansısa banka etibar etmək olar ona görə ki, pulu çoxdur, aktivləri çoxdur, nə bilim, kredit portfeli çoxdur, depozit portfeli çoxdur- bunlar doğru yanaşma deyil. Bankların, ümumiyyətlə, təhlili, bankların, ümumiyyətlə, etibarlılıq dərəcəsi digər meyarlarla ölçülür. Orada müxtəlif əmsallar var, müxtəlif nisbətlər var. Bu isə nisbətən texniki bir məsələdir."