Rəqəmsal transformasiya

 

"Rəqəmsal transformasiya Azərbaycanın davamlı inkişaf strategiyasının əsas prioritetlərinə aid edilmişdir".

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bu yazıda əsas məqsəd rəqəmsal iqtisadiyyat və ona transformasiya, respublikada internetin inkişafı məsələləri ilə onun mövcud vəziyyətini şərh etmək, sahə üzrə beynəlxalq təşkilatların tövsiyə xarakterli direktiv rəhbər sənədləri, reqlament, protokol və sahə standartlarını yaxından təhlil etməkdir.

Bununla da mövcud rəqəmsal infrastrukturun üzərində qurulması nəzərdə tutulan bütövlükdə ölkə iqtisadiyyatı və onun ayrı-ayrı sahələrinin gələcək prespektivi, yüksək texnologiyaların geniş tədbiqi ilə yeni istehsal, xidmət və emal sferasında intellektual idarəetmə ənənələrinin yaxından öyrənilməsi ölkə əhəmiyyətli məsələlərdən olduğu vurğulanmaqdadır. Məlumdur ki, cənab Prezident tərəfindən ölkədə aparılan texniki-iqtisadi siyasətin mərkəzində pandememiya, postpandemiya və eləcə də postneft erasında yeni imkan, fürsət və potensialların dəyərləndiriliməsi yönündə rəqəmsal iqtisadiyyata transformasiyanın önəmini şərh etmək durur.

Burada, həmçinin, rəqəmasal iqtisadiyyatın bank maliyyə sektoruna dərindən inteqrasiya etməsi, sahənin inkişaf etdirilərək geniş təşəkkül tapması, mütərəqqi metodlarla qabaqcıl təcrübələrin əsas rolu prioritet məsələlərə aid edilmişdir. Hətta, bir sıra İnformasiya Kommunikasiya Texnologiyaları qiqantlarının, o cümlədən Microsoft, CİSCO, dünya bankı və digər ali rəhbərlikləri ilə video formatda görüşlərində ölkə rəhbəri dəfələrlə ifadə etmişdir ki, pandemiya və postpandemiya dövrləri rəqəmsal iqtisadiyyat və ona doğru transformasiya daha da dərinləşəcək, kiber məkanda virtual biznes, elektron ticarət inkişaf etdirilərək bu dövrlər üçün xarakterik olacaqdır.

Hal-hazırda inrenetin geniş yayılması ilə iqtisadiyyatın yeni inkişaf mərhələsi-rəqəmsal iqtisadiyata yaxından transformasiya etdirilmiş, həmçinin innovativ texnologiyalar, informasiya kommunikasiya sistemləri iqtisadiyyata dərindən inteqrasiya olunmuşdur.

Artıq iqtisadiyyatın özü də bir elm olaraq kökündən dəyişdirilmiş və yeni anlayışlar, o cümlədən biliklər ə söykənən iqtisadiyyat, rəqəmsal iqtisadiyat, davranış iqtisadiyyatı, bio-iqtisadiyyat, və bu gün də aktual səslənən kiber iqtisadiyyat geniş təşəkkül tapmışdır. Yeni kiberbinez qavramı iqtisadi model olaraq texnologiya və informasiya inqilabının bilavasitə nəticəsi hesab olunur.

Bununla da kiberbiznes yüksək innovativ texnologiyaların geniş tədbiqi ilə yaranan və idarə olunan iqtisadiyyatın bütün sahələrinə siyarət etmiş, rəqəmsal iqtisadiyyat və onun əsas elementinə çevriləbilmiş, eyni zamanda iqtisadiyyatın informasiya texnologiyalarının köməyi ilə elektronlaşan hissəsini təşkil etmişdir. Rəqəmsal iqtisadiyyat anlayışı elektron bank, elektron sığorta, elektron səhiyyə, elektron təhsil vəs. elektron xidmətlərlə yanaşı, İKT avadanlıqları, elektron mühafizə və elektron əməliyyat sistemlərini, o cümlədən geniş kiber fıaliyyətləri əhatə edir. O, həmçinin, e-ticarəti gündəmə gətirərək elektron informasiya mübadiləsini, elektron idman-mərç oyunlarını, kapitalın elektron hərəkətini, elektron pul və eləcə də rəqəmsal (dijital) valyutanı, e-sığorta və e-bankinqi vəs.ləri özündə birləşdirmişdir.

Artıq rəqabət imkanlarının günü-gündən genişləndiyi və yeni innovativ texnologiyalara söykənən informasiya kommunikasiya sistemlərinin hər bir evə daxil olduğu bir vaxtda informasiya cəmiyyətlərində yeni insan tipi (ağlllı/smart fərdlər), o cümlədən yeni ictimai-iqtisadi formasiya (infokratiyanı) gündəmə gəlmiş oldu. Belə bir şəraitdə kiber biznes fəaliyyətlərində sahibkarlıq fəaliyyəti intellektual idarəetmənin əsas sifarişçisinə çevrildi və artıq vaxt sərf etmədən elektron məhsul və xidmətləri əldə etmək üçün on-line və off-line internet ticarəti inkişaf etdirildi, gündəlik təlabat mallarından tutmuş elektron xidmət və əşyaların interneti elektron və internet ticarət yolu ilə həyata keçiriliməyə başladı.

Həmçinin, təhsil, əyləncə, səhiyyə vəs. sektorlarda "ağıllı"platformalar üzərindən göstərilən elektron xidmətlər rəqəmsal iqtisadiyyata trasformasiyanı bir az da sürətləndirdi. Bu istiqamətdə emal və istehsal proseslərinin, o cümlədən məhsul və xidmətlərin əldə olunması, reklam, təbliğat və təşviqat işləri sahibkarlıq fəaliyyətini bilavasitə stimullaşdırdı, elektron ticarətə geniş populyarlıq qazandırmış oldu.

Misal üçün, bu gün istifadəçilərinin sayı 5 mld.-ı. keçmiş on-line, off-line alıcı və satıcıları təkcə pərakəndə satışın ümumü dövriyyəsinin təxminən 36.8 faizini təşkil etmişdir.

Azərbaycanda internet üzərindən həyata keçirilən elektron ticarət fəaliyyətinin genişləməsi, elektron əməliyyatların vergiyə cəlb edilməsi qeyri ənənəviliyi baxımından əldə olunan gəlirlərin hesablanılıb dövlət büdcəsinə ödənilməsi virtual məkanda gizli iqtisadiyyata xidmət etdi. Məhz belə hallara yol veriməməsi üçün Azərbaycan Resublikasının Prezitenti 4 avqust, 2016-cı il tarixli sərənamı ilə bu istiqmətdə şəffaflığın daha da artırılması və vergi tutma bazasını ğenişləndirilməsinə dair sərəncam imzalamışdır.

Sərəncamda beynəlxalq təcrübədə tədbiq olunan rəqəmsal iqtisadiyyatının vergiyə cəlb ediməsi məsələlərinin yaxından öyrənilməsi ilə bağlı aidiyyatı üzrə xüsusi tapşırıqlar verildi. Bu istiqamətdə fəaliyyət göstərən internet portalları, yaradılması və onların fəaliyyətinə nəzarət edən dövlət qurumlarının birgə işi şərtləndirildi.

Virtual məkanda elektron ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi, uçota alınması, yeni potensial imkanlar kimi vergiyə cəlb edilməsi və ümumvergi nəzarətinin gücləndirilməsi məsələlərini əhatə etdi. Bu kimi hallar ölkəmizdə postpandemiya və postneft dövrünə uyğun yeni situasiyalara hazırlığı və virtual reallıqların dərk olunmasını motivə etdi, virtual imkanlar, büdcəyə yeni gəlir və dividentlərin qazandırılmasını çağımızıb yeni gündəminə çevirəbildi.

Beləliklə, rəqəmsal iqtisadiyyatın stimullaşdırılması, rəqəmsal transformasiyaya keçid, bu istiqamətdə aidiyyatı dövlət qurumlarının atılması zəruri olan addımların məsuliyyətini bir daha ortaya qoydu və sahəyə baxışda mütərəqqi təcrübə ilə İKT biliyinin həyatı əhəmiyyətini önə çəkdi, o cümlədən intellektual idarəetmə və ixtisaslı peşəkar kadrlara münasibətdə dövlət siyasətinin kökündən dəyişməsini qaçılmaz etdi.

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31