Ukrayna Prezidenti Prezident İlham Əliyevə zəng edib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Olaylar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

"Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskidən telefon zəngi qəbul etdim. Zəng zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə edilib. Həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi apardıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31