"Buzovna bələdiyyəsi" komandası qalib olub

Xəbər verildiyi kimi Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər rayon Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş futbol üzrə bələdiyyə komandaları arasında turnir başa çatıb. 
Qeyd edək ki, 2 may tarixində Buzovna qəsəbə stadionunda keçirilən turnirin ilk oyununda "Buzovna bələdiyyəsi" komandası 1-0 hesabı ilə "Şüvəlan bələdiyyəsi" komandasına qalib gəlib. 3 may tarixində keçirilən növbəti oyunda "Buzovna bələdiyyəsi" və "Zirə bələdiyyəsi" komandaları üz-üzə gəlib.
Oyun buzovnalıların 4-0 hesablı qələbəsi ilə başa çatıb. Buzovnalılar Zirə komandası üzərində inamlı qələbədən sonra final mərhələsinə vəsiqə qazanıb. Mayın 8-də "Buzovna bələdiyyəsi" və "Binə bələdiyyəsi" komandaları arasında final oyunu keçirilib. Oyunun əsas hissəsi 0-0 hesabı ilə bitib və penallaşma nəticəsində 8-7 hesabı ilə "Buzovna bələdiyyəsi" komandası turnirin qalibi olub. Beləliklə "Buzovna bələdiyyəsi" komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş futbol üzrə bələdiyyə komandaları arasında turnirin qalibi olub.
Qalib komandaya diplomlar, medallar və pul mükafatları təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31