Xalqın sosial-iqtisadi müdafiəsi sahəsində atılan mühüm addımlar- Ekspert

Xalqın sosial-iqtisadi müdafiəsi sahəsində atılan mühüm addımlar

Azərbaycan dövləti, şəxsən dövlət başçısı Cənab İlham Əliyev ölkə vətəndaşının sosial cəhətdən daha güvəncli, daha rahat və yaxşı yaşaması üçün bütün mümkün addımları atır, islahatlar həyata keçirir. Son bi ilə yaxın müddət ərzində dövlət başçısının bu sahədə qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar demək olar ki, sadə ölkə vətəndaşının həyat şəraitini qat-qat yaxşılaşdırıb, onun yaşayış səviyyəsini yüksəldib. Bu günlərdə dövlət başçısının sosial sahədə inqilabi yeniliklərə səbəb ola biləcək sərəncamlar imzalaması Azərbaycan vətəndaşının bundan sonra daha yaxşı yaşayacağına və onun güvəncli olması üçün dövlət tərəfindən bütün mümkün addımların atılacağına əminlik yaradıb. Elə iqtisadçı ekspert Pərviz Heydərov də bu qənaətdədir. O, bildirib ki,  adətən sosial istiqamətdə artımlar həyata keçirildikdən sonra əsas diqqət həmişə istehlak bazarına yönəlir: "Belə ki, istehlak bazarında qiymətlərin buna qarşı adekvat reaksiya göstərməsini önləmək başlıca vəzifəyə çevrilir. Çünki dövriyyəyə tələbin şişməsinə xidmət edən amilin, yəni onun tədiyyə qabiliyyətinin təmininə zəmin və şərait yaradan əlavə vəsaitin daxil olması nəticəsində, təklifin istər-istəməz yenidən təşkil olunması, ya kəmiyyət genişləndirilməsi, ya da qiymətlərin artırılması zərurəti yaranır. Bu zaman isə xüsusən, sonuncu üçün süni tendensiyaya geniş meydan açılır. O mənada ki, qiymətlər təbii olaraq deyil, rəqabətin olmaması və inhisar amilləri səbəbindən süni şəkildə yüksəlməyə meyl göstərir". İqtisadçı bildirib ki, prezidentin həm minimum əməkhaqqı, həm bir sıra dövlət büdcəsi təşkilatlatlarında çalışanların əməkhaqqlarının artırılması haqda imzaladığı Sərəncamların icra olunmağa başlaması nəticəsində ölkədə heç bir inflyasiya hadisəsi baş verməyəcək və kəskin bahalaşma tendensiyası müşahidə edilməyəcək: "Çünki bunun üçün heç bir nə daxili və nə də xarici səbəblər yoxdur. Məsələ bundadır ki, cari ildə sosial istiqamətdə artımlarla bağlı, inflyasiyaya təzyiq yaranacağı bir sıra cəhətlər baxımından gözlənilmir. Bunlar hansılardır? Birincisi, dövriyyəyə daxil olacaq vəsaitin həcmi ikirəqəmli bahalaşma yaratmaq həddində təhlükəli deyil, ikincisi, ölkəyə idxalda payı 35 %-dən yuxarı olan idxalçılar, eyni zamanda, istehsalda anoloji paya sahib istehsalçılar nəzarətdədir və onların qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməsi xeyli çətinləşib, üçüncüsü, daxili istehlak bazarına xarici təsirlər 2015-2017-ci illərdəki kimi deyil, dördüncüsü, valyuta bazarında sabitlikdir, dollar satışında təklif tələbi üstələyir, altıncısı, iqtisadi aktivlik qənaətbəxş səviyyədə olmasa da, passiv həddə də hesab edilmir və sair... Bu siyahını uzatmaq da olar. Bəli, elə şərait var ki, qiymətləri çox basqı altında saxlamaq olmaz və bu, mümkün də deyil. Xüsusən də, iqtisadi artımla bağlı tendensiya sarıdan inflyasiyaya təsir və təzyiq elementlərini çərçivəyə almaq olmaz. Bunda ehtiyatlı olmaq lazımdır. Ancaq bazarın hər hansı bir seqmentində və yaxud hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir və verilməyəcək də. Ümumiyyətlə, bütün qeyd olunanlar fonunda bir nüansa toxunum ki, sosial dövlət modeli quruculuğunda irəlidə gedən problemlərin kökü kölgə iqtisadiyyatında dayanır ki, kölgə iqtisadiyyatı olan yerdə dövlət və hökumət sosial istiqamətdə nə qədər güclü siyasət yeridir, yeritsin, effektliliyi faktiki olaraq zərrə qədər təşkil edəcək. Bu, çox ciddi problemdir. Bəli, bizdə kölgə iqtisadiyyatına qarşı həmişə mübarizə aparılıb və aparılır. Lakin ən effektli, təsirli və real mexanizm əsasında mübarizə keçən ildən tətbiq olunmağa başlanıb ki, vergi yoxlaması nəticəsində 2018-ci ildə iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılma halı aşkarlanaraq, büdcəyə daxil edildi. Hesablama Palatasının 2018-ci ildə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində isə 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min manat dollar və 27,4 min İsveç frankı məbləğində vəsait büdcəyə ödənildi. Bu ildən isə həmçinin, iqtisadiyyatı tənzimləmə vasitələrinin rolu, mexanizmi də dəyişdirildi ki, bununla da dövlət-biznes münasibətlərində yeni mərhələ start götürdü, vergi qanunvericiliyinə 300-ə yaxın yeniliklər həyata keçirilməklə, bir çox gömrük rüsumları, qaydaları da yüngülləşdirilərək sadələşdi. Hansı ki, bunlar da büdcəyə daxilolmaların artmasında böyük rol aynadı". İqtisadçı onu da deyib ki, kölgə iqtisadiyyatı iqtisadiyyatda payı hələ kifayət qədər yüksəkdir. Odur ki, şəffaflıq prinsiplərinin genişmiqyaslı tədbiqi və iqtisadiyyatı idarəetmə mexanizminin yeni modelinə keçid sahəsində islahatlar davam etdirilməli və bu istiqamətdə həyata keçirilən işlər fasiləsiz xarakter daşımalıdır: "Çünki büdcəyə iqtisadiyyatın real sektorundan daxilolmalar tələb olunan hədədək çatmayınca, dövlətimizin sosial aspektdə cari ildən gücləndirdiyi genişmiqyaslı maliyyələşdirmə səylərinin də maksimal səviyyədə uzunmüddətli effekt verməyi çətindir. Bəli, yuxarıda sadaladığım tədbirlər və dəyişikliklər, başqa sözlə desəm, islahatlar hesabına qeyri-neft sektorundan daxil olan əlavə maliyyə vəsaiti imkan verir ki, minimum əməkhaqqı və minimum pensiyalar və müavinətlər yüksəldilsin və sair. Ancaq aydın məsələdir ki, bu, davamlı xarakter daşımalıdır və göründüyü kimi də hələki daşıyır. Amma bunun üçün əsas tələb olunan budur ki, sahibkarlıqla, başqa sözlə desəm, bizneslə məşğul hər bir şəxs vergisini versin, əməkhaqqı alan isə sosial ayırmasını ödəsin. Özü də buna onlar məcburi yolla əməl etməli deyil, könüllü yanaşmalıdırlar. Dövlətin və hökumətin vəzifəsi də bax, məhz həmin mühiti yaratmaq və təmin etmək təşkil edir ki, hazırda atılan atılan addımların da özülündə bu cəhət durur".

İqtisadçı imzalanmış sərəncamlara mənfi prizmadan yanaşan radikal siyasi düşərgəni də tənqid edib: "İnsan gərək, xaraktercə o dərəcədə "həyasız və abırsız" ola ki, Ana bətnindən başlayaraq, dünyaya gəlib - yetkinlik və daha sonra "əli çörəyə çatan" dövrədək, yeyib-içdiyi Vətən çörəyinə qarşı xəyanət bəsləyə ki, opponent olduğu siyasi hakimiyyətə görə, özü də bir çox şeyləri bilə-bilə xalqının sosial-iqtisadi müdafiəsi sahəsində atılan addımları ironiya ilə qarşılaya və buna bilərəkdən naxələf şərh verə, proqnozlar irəli sürə. Bu, sadəcə olaraq, ən azı vicdansızlıqdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31