Keyfiyyətli məhsul almaq istəyən sahibkarlar becərmə işlərini yüksək səviyyədə aparmalıdırlar

Qida Təhlükəsizliyi Agentliyi yarandığı gündən əhalinin təhlükəsiz qidalarla təmin edilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində sistemli və davamlı iş aparır. Etiraf etmək lazımdır ki, ötən illər ərzində görülən işlər öz müsbət nəticəsini verib və müəyyən mənada uğurlar əldə edilib. Burada müsbət məqamlardan biri ondan ibarətdir ki, Agentlik təkcə qidaların təhlükəsiz şəraitdə istehsalı, onun satışına diqqət etmir, eləcə də həmin qidaların hansı şəraitdə yetişdirilməsini də diqqətdən kənarda qoymur, bu sahəyə diqqət ayırır. AQTA bu mınada meyvə aöaclarının hansı şəraitdə becərilməsi, onlara qulluq edilməsinə də önəm verir.

Qida Təhlükəsizliyi Agentliyi yarandığı gündən əhalinin təhlükəsiz qidalarla təmin edilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində sistemli və davamlı iş aparır. Etiraf etmək lazımdır ki, ötən illər ərzində görülən işlər öz müsbət nəticəsini verib və müəyyən mənada uğurlar əldə edilib. Burada müsbət məqamlardan biri ondan ibarətdir ki, Agentlik təkcə qidaların təhlükəsiz şəraitdə istehsalı, onun satışına diqqət etmir, eləcə də həmin qidaların hansı şəraitdə yetişdirilməsini də diqqətdən kənarda qoymur, bu sahəyə diqqət ayırır. AQTA bu mınada meyvə aöaclarının hansı şəraitdə becərilməsi, onlara qulluq edilməsinə də önəm verir.

Məlumdur ki, qışda havaların soyuması ilə əlaqədar meyvə ağacları yarpaqlarını tökür və vegetativ inkişafını tamamlayaraq qış yuxusuna gedir. Bu yazın əvvəlində tumurcuqların əmələ gəlməsi mərhələsinə kimi davam edir. Meyvə bitkiləri üzərində çoxlu növdə zərərli orqanizmlər müşahidə olunur. Onlar bitkilərin kökündən tutmuş meyvələrinə, toxumuna qədər bütün orqanlarına ziyan vururlar. Zərərli orqanizmlərin növ tərkibi çox olduğundan, onlara qarşı müxtəlif mübarizə üsullarından - aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə vasitələrindən istifadə olunur. Burada aqrotexniki mübarizə üsulu xüsusi qeyd olunmalıdır. Zərərvericilər adətən torpaqda, payızdan tökülmüş yarpaqların arasında, bitkinin quru budaq və qabıqlarında qışlayırlar. Qış mövsümündə aparılan aqrotexniki mübarizə tədbirləri, zərərli orqanizmlərin qışladığı yerləri məhv etməklə, onların yayılma riskinin azalmasına gətirib çıxarır. Yerə tökülmüş yarpaqların, alaq otlarının sahədən kənarlaşdırılması, bitki diblərinin və cərgəaralarının dərin (25-30 sm) şumlanması, qurumuş budaqlardan, qabıqlardan təmizlənməsi, qışda bir dəfə sahənin bol suvarılması, yazda gövdələrin əhənglə ağardılması və s. aiddir.

Növbəti ildə bol və keyfiyyətli məhsul almaq istəyən sahibkarlar, payız-qış (noyabr-mart ayları) dövründə becərmə işlərini yüksək səviyyədə aparmalıdırlar. Bunun üçün bağlar diqqətlə yoxlanılmalıdır. Budama zamanı ağacların quru, xəstəliklərlə sirayətlənmiş budaqlar kəsilməlidir və həmin budaqlar sahədən kənarda yandırılmalıdır. Zərərvericilərlə zədələnmiş, eləcə də qara xərçəng və sitosporoz müşahidə olunan budaqlar və gövdə hissələri sağlam toxumayadək kəsilməlidir. Qara xərçəng və sitozporozla yoluxmuş ağaclar çıxarılıb bağdan kənarda yandırılmalıdır. Zədələnmiş hissələr 1-3 faizli göydaş (mis kuporosu) məhlulu ilə dezinfeksiya edib, üzərinə bağ məlhəmlərindən (petrolatum və s.) sürtmək lazımdır. Ağacların quru qabıqlardan təmizlənməsi də vacibdir. Bu vaistə ilə qabığın altında gizlənmiş böcək və həşəratları tələf etmək olar. Bunun üçün dəmir şotkadan istifadə etmək lazımdır. Ağacların gövdələri təmizləndikdən sonra, qabıqlar yandırılmalıdır. Bağbanlar şüşəqanad kəpənəyinə və digər oduncaq zərərvericilərinə qarşı iki kiloqram əhəng, bir kiloqram gil və eyni miqdarda təzə inək peyinin hazırlanmış qarışığına 200 qram göy das əlavə edib ağacların gövdələrinə sürtməlidirlər.

Zərərverici və xəstəlikləri payız qış dövründə məhv etmək üçün bağlarda noyabr yaxud mart ayının üçüncü on günlüyündə ağaclara, 1,5 faizlik Hef-oye (Volk-92) preparatı (1 ton suya 15litr) ilə 0,15 faizli (1 ton su üçün 1,5 litr), yeni Bi-58, və ya Marşal preparatlarının qarışığı, yaxud təkcə 1,5 faizli (1ton suya 15 litr olmaqla) Hektaş Bordo çilənməlidir. Bu mübarizə üsulları səmərə vermədikdə kimyəvi mübarizə qaçılmaz olur.

Bağbanlar çalışmalıdır ki, kimyəvi mübarizə üsulundan az istifadə etsinlər. Zəhərli maddələrlə işləyərkən təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Bu zaman xüsusi geyimlər- respirator, əlcək istifadə edilməlidir. Pestisidlərlə əlaqəli işlərə tibbi müayinədən keçmiş və işləməsinə icazə verilmiş 18 yaşından yuxarı şəxslər buraxılır. Həmin şəxslər pestisidlərlə təhlükəsiz davranış qaydaları ilə tanış olmalı və müvafiq təlimatları, fərdi mühafizə vasitələrindən istifadə qaydalarını, zəhərlənmədə ilk yardım tədbirlərini bilməlidirlər. Hamilə qadınların və həddi-buluğa çatmayanların zəhərli maddələrlə işləməsi qadağandır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31