“Azəriqaz” İB tərəfindən 43 yaşayış məntəqəsinə təbii qaz verilib

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-avqust ayları ərzində 2 141,1km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 160,8 km qaz kəməri əsaslı təmir olunub. "OLAYLAR" İstehsalat Birliyinə istinadən xəbər verir ki,  cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Ağcabədi, Bərdə, Şəki, Göyçay, İsmayıllı, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31