İnflyasiya göstəricisi daha da aşağı olacaq

Cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib. "Olaylar" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov  "Azərbaycan Rəqabətlilik Forumu 2018" adlı tədbirdə çıxışı zamanı bildirib. Mərkəzi Bankın sədri qeyd edib: "2017-ci ildə Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib. 2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Bizim proqnozlarımıza görə, ilin sonuna qədər bu göstərici daha da aşağı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31