Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Sentyabrın 7-də Nəsimi rayonu Tibilisi prospekti, həmçinin 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İsrehsalat Birliyindən daxil olub. Bildirilib ki, buna səbəb istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yeni çəkilmiş diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulmasıdır.

Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də  qaz təchizatına təsir göstərməsi mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31