Diaqnostik kabinetlərin maddi-texniki təminatı yaxşılaşdırılır
28 Avqust 2018 15:50 İqtisadiyyatQida Təhlükəsizliyi Agentliyinin yaranması ilə əlaqədar Dövlət Baytarlıq və Dövlət Fitosanitar nəzarəti xidmətləri ilə Qida Təhlükəsizliyi Agentliyinin arasında səlahiyyət bölgüsü həyata keçirilib. Nəzarət funksiyaları bütövlükdə Qida Təhlükəsizliyi Agentliyinə verilib və dəyər zənciri üzrə bütövlükdə ölkəmizdə nəzarət funksiyası bir qurumda cəmləşib. "Olaylar" xəbər verir ki, bunu deyən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sözlərinə görə, bu baxımdan Dövlət Baytarlıq Nəzarəti Xidmətin funksiyalarına və tabeçiliyinə aid olan həm Respublika Baytarlıq Laboratoriyası, həm də zona baytarlıq laboratoriyaları bilavasitə Qida Təhlükəsizliyi Agentliyinin tabeçiliyinə verilib: "Bu baxımdan yerlərdə xidmət funksiyasının yüksək səviyyədə həyata keçirməsi, baş verə biləcək xəstəliklərin öncədən qarşılanması və profilaktik tədbirlərin həyata keçirilməsi üçün diaqnostik kabinetlərin maddi-texniki təminatının yaxşılaşdırılmasına ciddi bir ehtiyac yaranıb. Məhz Çindən gətirilən avadanlıqlar 30-dan çox rayonda diaqnostik kabinetlərin bütövlükdə və tam həcmdə formalaşdırılmasına imkan verəcək".