Azərbaycanın ikinci peykinin buraxılış tarixi dəyişdirildi
28 Avqust 2018 12:47 İqtisadiyyatAzərbaycanın "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykinin buraxılış tarixi cari il sentyabrın 7-dən 18-nə keçirilib.
Bu barədə Trend "Arianespace" şirkətinin açıqladığı kosmik buraxılışların siyahısına istinadən məlumat verir.
"Azerspace-2/Intelsat 38" peyki "Ariane 5 ECA" raket-daşıyıcısı ilə buraxılacaq.
Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı, "Horizons 3e" peykini də aparacaq.
Qeyd edək ki, "Azerspace-2/Intelsat 38" 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31