Dünya ölkələrinin vətəndaşları bizə qibtə edir
14 Avqust 2018 13:49 İqtisadiyyatMurad Ağamiyev: "Kənd təsərrüfatının davamlı və artan templə inkişaf etməsi zamanın tələbidir"
"2003-cü ildən bu vaxta qədər keçən dövr ərzində Azərbaycan olduqca sürətli inkişaf tepmi ilə maxsimum formada inkişaf edib. Qarşıya qoyulmuş hədəflər ən mükəmməl formada icra olunub. Bildiyiniz kimi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı cənab Prezidentin ölkə daxili siyasətinin ən mühüm və ayrılmaz tərkib hissəsidir. Məhz bu proqramın tətbiqi nəticəsində biz regionaların günü-gündən daha da abadlaşması ilə yanaşı həmçinin də iqtisadi baxımdan da inkişaf edərək ümumdaxili istehsal potensialına tövhə verməsinin şahidi oluruq. Mən Sumqayıt şəhərində yaşadığım üçün burada 2003-cü ildən etibarən davamlı artan templə müşahidə etdiyim iqtisadi tərəqqidən fəxrlə söz açmaq istəyirəm. SSRİ dağıldıqdan sonra Sumqayıt kimi böyük sənaye şəhəri uzun müddət ölü zonaya çevrilmişdi. Burada Sovet dönəmindən qalma dağılmış və istismar müddətini başa vurmuş zavodlar, fabriklər şəhərin ümumi görünüşünə ləkə gətirməklə yanaşı, həm də ekoloji baxımdan ciddi problem idi. Vaxtı ilə bu istehsalat müəsisələrində istismar edilmiş kimyəvi lobaratoriyalar, emalatxanalar və s.-nin tullantıları və qalıqları ətraf-mühitə öz mənfi təsirini göstərirdi". Bu fikirləri Olaylar.az -a açıqlamasında Demokrat Gənclər Hərəkatının və "Demokrat Gənclər İlham Əliyevi Dəstəkləyir" Təşəbbüskar Qruplarının Təsisçi və sədri, "İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubu"-nun Prezidenti, YAP -ın üzvü Murad Ağamiyev bildirib.
Murad Ağamiyev "Regionların sosial-iqtisadi inkişafı" Dövlət proqramı cənab Prezidentin təşəbbüsü ilə qəbul edildikdən sonra Sumqayıtda misli görülməmiş tarixi bir tərəqqi baş qaldırdırdığını qeyd edir."Yuxarıda qeyd edilən istismar müddətini başa vurmuş istehsalat müəsisələrinin qalıqları tamamilə sökülərək, təmizləndi. Əvəzində Qafqazın ən böyük texnoloji parkı - ``Sumqayıt Texnologiyaları Parkı`` inşa edildi. Bu texnoloji parkın inşası zamanı ekoloji amillər nəzərə alınaraq, ətraf-mühitə zərərli qazların və tüstü atıqlarının zərər vurmaması üçün avadanlıqlar quraşdırıldı. Texnoloji parkın nəzdində yenə də Qafqazda ən böyük istehsalat qülləsi inşa edildi. Texnoloji parkın cənab Prezidentin iştirakı ilə istifadəyə veriilməsi ilə minlərlə şəhər sakini daimi iş yeri ilə təmin edildi. Bu texnoloji park ölkədaxili tələbatı qarşılamaqla yanaşı xarici bazarda rəqabətədavamlı məhsullar istehsal etməyə başladı.
"N1"çörək zavodu, "Gilan" Tekstil, Sumqayıt "Lampa" zavodu, "Bismak" yarımfabrikat məhsullarının istehsalat müəsisəsi, Sumqayıt "Günəş Panelləri" Zavodu, "Trikataj" fabriki, Sumqayıt "Şin" istehsalı zavodu, "SOCAR"-"AzəriQaz" İstehsalat Birliyi-nin çoxsaylı müəsisələri, "SOCAR"Polimer zavodu, Sumqayıt "Super Fosfat" gübrə Zavodu, "Boru Prokat" zavodu, "AzKompazit" Boru istehsalı zavodu və s. Kimi onlarla yeni açılaraq istifadəyə verilən zavod, fabrik və s. Sumqayıt şəhərinin iqtisadi inkişafını sürətləndirməklə yanaşı, həmçinin də şəhər sakinlərinin ümumi sosial vəziyyətinin yaxşılaşması və maddi təminatının güclənməsinə paralel olaraq xidmət etmişdir. Bunu da mütləq əlavə etməliyəm ki, son 5 il ərzində Sumqayıt şəhərinin əhalisi statistika üzrə 150-200 min nəfərə kimi artmışdır. Sadəcə bu rəqəmlər kifayət edir ki biz deyək ki bu gün Sumqayıtda geniş iş imkanları var və insanlar bu şəhərdə yaxşı gəlirli iş tapa bilirlər, onlar özlərini və ailə üzvlərini çalışdıqları iş ilə təmin edə bilirlər. Bu miqrasiyanın artan tempi sübut edir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən istehsalat müəsisələrinin özləri çox güclü dayaqlar üzərində qurulub və davamlı maaş vermək,işçi qəbul etmək potensialı mövcuddur. Sumqayıtda sağlam təməllər üzərində qurulmuş güclü iqtisadiyyat və biznes mühiti özü-özlüyündə demokratik dəyərlərin inkişafında da böyük rol oynamışdır. Belə ki, azad sahibkarlıq subyektləri inkişaf etmiş, dövlət dəstəkli məhdud məsuliyyətli cəmiyyətləri də yaranmışdır".
Murad Ağamiyev bildirir ki, kənd təsərrüfatının davamlı və artan templə inkişaf etməsi zamanın tələbidir:"Azərbaycan gənc dövlətdir və hər ötən gün əhalisinin sayı sürətlə artır. Artan əahli özü-özlüyündə artan istehlak deməkdir. Az öncə qeyd etdiyim kimi iqtisadi tərəqqi dövründəyik və vətəndaşların gəlirləri kifayət qədər yüksəkdir. Gəlirləri yüksək olan vətəndaş sözsüz ki, çox pul xərcləyəcək ki, bu alıcılıq qabiliyyətinin artması və inkişafı deməkdir ki, bu da öz növbəsində istehlakın artması kimi qəbul edilə bilər. Zəncirin növbəti halqası isə istehlak olunan məhsulun təmin edilməsidir. Bazarda rəqabətə davamlı məhsul istehsal etmək vacibdir ki, tələbat yaransın və davamlılıq təmin edilsin.
Yuxarıda qeyd edilən alqoritm (ardıcıllıq) üzrə vətəndaş cəmiyyətinin formalaşdırılması və iqtisadi mühitin yaradılması olduqca mürəkkəb və ağır zəhmət tələb edir. Belə ağır məsuliyyətli işin öhdəsindən səriştəsiz insan heç vaxt gələ bilməz. Məhz bu məqsədlə cənab Prezident bu işin öhdəsindən layiqincə gələ biləcək komanda qurmuşdur. Cənab Prezident, şəxsən özü kənd təsərrüfatı ilə bağlı ümumrespublika müşavirələrinə rəhbərlik etmişdir. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, "Dövlət Sahibkarlığa Dəstək Milli Fondu", Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları İş Şöbəsi və yerli İcra hakimiyyəti orqanlarının birgə işinin təşkil edilməsi ilə cənab Prezident kənd təsərrüfatı sahəsində dönüş nöqtəsi yaratmağa nail olmuşdur. Bu gün dünyanın heç yerində rast gələ bilməzsiniz ki, dövlət əkinçiyə və ya fermerə aqro-texniki avadanlıq, yanacaq, gübrə, birbaşa satışa yardım, hətta bir çox hallarda xammal olaraq toxum belə versin. Bu tendensiya yalnız Azərbaycanda mövcuddur".
"Bir zamanlar istifadəsiz qalmış və əkinçilik üçün yararlı olan torpaqlar yenidən həyat qazanmışdır. Bu bir daha hökumətin kənd təsərrüfatı sahəsində inkişafa və dəyişikliklərə nail olması ilə yanaşı, həmçinin də vətəndaş-hökumət münasibətlərinin hansı səviyyədə olmasını nümayiş etdirir. Bir diqqət edin, görəcəksiniz bizdə vətəndaşlar hökumətin təşviq çağırışlarına necə müsbət cavab verirlər. Vətəndaş hökumətin səmimiyyətinə inanır, etibar edir. Vətəndaş aldadılacağına, məhsulunun satılmaması ehtimalına görə ümumiyyətlə narahat deyil. Çünki elə bir sağlam mühit və sistem yaradılıb ki, hamı əmindir hökumət dövlət dəstəyi verəcək" .
Dünyanın harasında müharibə ocağı mövcuddursa həmin ölkəyə turist axını ya ümumiyyətlə olmur, ya da ən minimal səviyyədə olduğunu qeyd edən Murad Ağamiyev vurğulayır ki, Azərbaycan SSRİ-nin tərkibindən qanlı toqquşmalar fonunda ayrıldı, ardınca ermənistan-Azərbaycan dağlıq qarabağ münaqişəsinin baş verməsi nəticəsində bizim reputasiyamız tamamilə aşağı endi. "Heydər Əliyev həzrətlərinin hakimiyyətə qayıtması və xarici siyasətdə köklü dəyişikliklərin baş qaldırmasından sonra biz illər ötdükcə addım-addım yenidən imic formalaşdırmağa başladıq.
Bunu səmimi olaraq qeyd etməliyəm ki, Azərbaycanın turizm potensialı son 4-5 il ərzində artmağa başladı. Beynəlxalq mədəniyyət, idman yarışmalarının Azərbaycanda baş tutması ilə turist artımı da başladı.
Ölkəyə gələn əcnəbinələrin tələbatını qarşılamaq üçün sırf yenidənqurma işlərinin aparılması, abadlıq və infrastruktur inkişaf kifayət etmir. Burada yüksək xidmət sektoru da inkişaf etməlidir. Bu isə ölkədə yaradılan demokratik mühit və azad sahibkarlığın inkişafından keçir. Dövləti idarə edən hökumət məhz bütün bu sistemin kordinasiya edilməsində məsuliyyət daşıyır. Hüquqi çərçivəsində lazımi biznes mühitinin qurulması və mühafizə edilməsi sırf hökumətin vəzifəsidir. Mən deyə bilərəm ki hökumət bu funksiyanın öhdəsindən böyük səriştə və məharətlə gəldi.
Azərbaycanın həm paytaxtında , həm regionlarda yerli və xarici investisiya qoyuluşları hesabına yüzlərlə yüksək standartlara cavab verən hotellər inşa edildi. Yerli və xarici xidmət servisləri lisenziya alaraq fəaliyyətə başladı. Xüsusi ilə sərnişin daşımalarının çox önəmli bir hissəsini özündə ehtiva edən taksi fəaliyyəti tam müasir elektron sistemə keçdi. Belə sürətli biznes sturuktur formalaşdığı və xidmət sektoru inkişaf etdiyi ərəfədə hökumət dövlətin bütün aidiyyatı qurumlarını gücləndirilmiş iş rejiminə köklədi və dünyanın böyük və qabaqcıl aeroportlarında, televiziya kanallarında, elit jurnallarında və qəzetlərində Azərbaycanın misilsiz təbiəti, tarixi zənginlikləri və yüksək multikulturalizmi-mədəniyyəti barədə reklam və tanıtım layihələri icra etdi. Xarici ölkələrdə olan səfirliklərimiz böyük səylə çalışdı. Nəticə isə çox rəngarəng və misilsiz oldu. Bu gün Azərbaycan şərq ölkələri içərisində məxsusi turizm potensialı ilə seçilən dövlətdir".
Murad Ağamiyev bildirir ki, Cənab prezidentin özü bir neçə dəfə xarici siyasətçilərin ölkəmizə səfərləri zamanı bizim sürətli inkişafımızın qısqanclıqla qarşılanması və qıcıqlanma yaratdığını deyib. "Onlar bir az yavaşlamağı və sürəti aşağı salmağı tövsiyyə ediblər. İndi bu danılmaz faktır ki, Azərbaycan dünyada ən sürətlə inkişaf etməkdə olan dövlətdir. Bu gün dünyanın enerji təhlükəsizliyi baxımından Azərbaycan ``göz bəbəyi`` rolu oynayır. TAP və TANAP kimi bütün dünya üçün böyük əhəmiyyətə malik layihələrin birbaşa müəllifi Azərbaycan Prezidentidir.
Qısaca bunu deyə bilərəm ki, dünya ölkələrinin vətəndaşları bizə qibtə edirlər. Belə bacarıqlı, səriştəli bir Prezidentimiz olduğumuz üçün biz çox şanslıyıq".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir