“Azəriqaz” abonentlərin sayı 2 144 476-a çatıb
14 Avqust 2018 11:48 İqtisadiyyat2018-ci ilin yanvar-iyul ayları ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 50 360 yeni abonent qeydiyyata alınıb ki, bunun da 31 202-i Bakı, Abşeron və Sumqayıt, 19 158-i isə regionlar üzrədir.
"OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.
Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 144 476-a çatıb.