Azərbaycanda da dollar bahalaşacaq? - ŞOK PROQNOZ

"Dolların qonşu ölkələrdə qalxmasının Azərbaycana da təsirləri qaçılmazdır. Türkiyə və Rusiyada dolların bahalaşmasının Azərbaycan əhalisinə həm psixoloji, həm də iqtisadi təsirlərindən danışmaq olar. Qonşu ölkələrdə yerli valyutanın dəyərdən düşməsi manata psixoloji basqıları artırır. İnsanlarda belə bir fikir formalaşıb ki, gec, və ya tez zamanda ölkəmizdə də bu hadisələr təkrarlanacaq".

İqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında qonşu ölkələrdə dolların bahalaşmasının Azərbaycana təsirlərə haqda danışarkən belə deyib.

N.Cəfərli türk lirəsinin dəyərdən düşməsinin iqtisadi təsirlərindən də danışıb:

"Türkiyə bizim əsas iqtisadi tərəfdaşlarımızdan biridir. İki ölkə arasında idxal-ixracın olması isə Azərbaycandan daha çox valyutanın Türkiyəyə çıxmasına səbəb olacaq. Bu səbəbdən qonşu ölkədə baş verən hadislər Azərbaycana uzun və yaxud da qısa zaman kəsiyində təsirsiz ötüşməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31