Rusiyada dolların məzənnəsi 2 illik rekordu yeniləyib
10 Avqust 2018 12:01 İqtisadiyyatRusiyada ABŞ dollarının məzənnəsi 2016-cı il avqustun 3-dən bəri il dəfə 67 rublu keçib.
"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Moskva Banklararası Valyuta Birjasında Amerika valyutasının qiyməti gün ərzində 0,44 rubl və yaxud 0,66% artaraq 67,09 rubla çatıb.
Əvəzinddə qonşu ölkədə avro ucuzlaşıb. Belə ki, Avropanın vahid valyutasının məzənnəsi 0,2 rubl və yaxud 0,26% azalaraq 76,74 rubla düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31