Azərbaycanda bu şirkət məhsullarını bahalaşdırdı
10 Avqust 2018 10:29 İqtisadiyyatAzərbaycanın aparıcı sement istehsalçısı - "Norm" MMC istehsal etdiyi məhsulların qiymətini, təxminən, 12% artırıb.
Olaylar.az "Report"a istinadən məlumatına görə, hazırda şirkətə məxsus 40 kq-lıq 300 marka sementin topdansatış qiyməti 5,8 manatdır ki, bu da əvvəlki qiymətlə müqayisədə 0,6 manat çoxdur.
"Norm" 40 kq-lıq 400 marka sementin topdansatış qiymətini isə 0,7 manat artıraraq 6,6 manata çatdırıb.
Hazırda həmin məhsulların pərakəndə satış qiymətləri müvafiq olaraq 6 manat və 6,8 manatdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31