Azərbaycanda inflyasiya 3 faizdən aşağı düşüb
9 Avqust 2018 16:35 İqtisadiyyat2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak mallarının qiyməti və xidmət tarifləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb.
"Olaylar" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu müddət ərzində ərzaq məhsullarının qiyməti 2,8 faiz, qeyri-ərzaq məhsulları 3,4 faiz, ödənişli xidmətlərin qiyməti 2,3 faiz artıb. Bir ay ərzində isə ərzaq məhsulları 1,5 faiz azalıb, qeyri-ərzaq məhsulları və ödənişli xidmətlərin qiyməti 0,1 faiz artıb. Qeyd edək ki, Azərbaycanda inflyasiya bu ilin yanvar-iyun aylarında 3 faiz olub, 2017-ci ildə isə 12,9 faiz təşkil etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31