Bu gün qızıl-gümüş bazarı bahalaşıb
8 Avqust 2018 22:24 İqtisadiyyatAzərbaycanda qızıl və gümüşün qiymətləri bahalaşıb.
Trend-in məlumatına görə, avqustun 8-də qızılın qiyməti avqustun 7-i ilə müqayisədə 4,8195 manat artaraq 1 troy unsiyası üçün 2062,848 manat təşkil edib.
Gümüş 0,1156 manat bahalaşaraq 1 unsiya üçün 26,2166 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 6,613 manat artaraq 1412,326 manat, palladiumun qiyməti isə 4,5135 manat artaraq 1551,573 manat təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31