Tranzit imkanlarının artması regionların inkişafına öz tövhəsini verəcək

“Azərbaycanda dayanıqlı iqtisadi sistemin qurulması aparılan islahatların əsas hədəflərindən biridir. Son illərdə iqtisadiyyatda artım dinamikasının müşahidə olunması, ixracın həcminin artması, yeni iş yerlərini açılması bu istiqamətdə hədəfələrin ardıcıl olaraq nail olunmasını göstərir.Azərbaycan regionlarının tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafın əsas şərtlərindəndir. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dünya İqtisadi Forumunun 2018-ci ildə inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerə çıxıb”.

"Azərbaycanda dayanıqlı iqtisadi sistemin qurulması aparılan islahatların əsas hədəflərindən biridir. Son illərdə iqtisadiyyatda artım dinamikasının müşahidə olunması, ixracın həcminin artması, yeni iş yerlərini açılması bu istiqamətdə hədəfələrin ardıcıl olaraq nail olunmasını göstərir.Azərbaycan regionlarının tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafın əsas şərtlərindəndir. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dünya İqtisadi Forumunun 2018-ci ildə inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerə çıxıb".

Bu fikirləri Olaylar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

"Ötən 14 il ərzində regionlarda ümumi məhsul istehsalı 3,6 dəfə artıb"

O, bildirib ki, Regionların inkişafının əsasında 2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan "Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı"nın müstəsna rolu olmuşdur: "Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirildiyi ötən 14 il ərzində regionlarda infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi baxımından müasir tələblərə cavab verməyə başlamışdır. Ötən 14 il ərzində regionlarda ümumi məhsul istehsalı 3,6 dəfə artıb. Azərbaycanda neft və təbii qaz hasilatı, neft məhsulları istehsalı nəzərə alınmasa, regionlar ümumi məhsul buraxılışında 42 faiz, sənaye istehsalında isə 40 faiz paya malikdir. 2003-ildə regionlar dövlət büdcəsinə 38 milyon manat vergi ödəyirdilərsə, hazırda bu rəqəm təqribən 600 milyon manatdır. Sənaye məhəllələrinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalının və ixracın artması regionların iqtisadi inkişafda rolunu daha da artırıb. Müasir yanaşmalara görə, regionların tarazlı şəkildə inkişafı ölkəmizdə inklüziv iqtisadi inkişafa təsir edən mühüm amildir".

"Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox böyüyüb"

Tahir Mirkişili qeyd edib ki, Azərbaycanın MDB və Şərqi Avropa ölkələri arasında ən çox investisiya cəlb edən ölkələr sırasındadır, adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünya miqyasında lider ölkələrdən biridir: "Ölkə iqtisadiyyatına yatırılan bu investisiyalar nəticəsində Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, əhalinin gəlirləri artıb, yeni iş yerləri açılıb və özəl sektorun ümumi daxili məhsulda payı 80 faizi keçib. Regionların inkişafı həm də dayanıqlı iqtisadi inkişafı təmin edir. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının artırılmasıdır. Ölkə başçısı bu hədəfləri müəyyən etdi, yeni dövlət dəstək proqramının olacağını bildirdi. Gələcəkdə regionların iqtisadi cəhətdən daha da inkişafının və iqtisadiyyatda payının daha da artmasının şahidi olacağıq".

İqtisadçının fikrincə əlverişli sahibkarlıq mühitinin yaranmasının həm də beynəlxalq təşkilatların müəyyən etdiyi reytinqlərdə də öz əksini tapır: "Hər il Azərbaycanın bu mötəbər reytinq cədvəllərində irəliləməsi ölkəyə inamı artırır, iqtisadiyyata qoyulan investisiyaların da həcminin çoxaldır, bu isə yeni müəssisələrin yaranmasına, yeni iş yerlərinin açılmasına və əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edir".

"Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi potensialı  yüksəkdir"

T.Mirkişili vurğulayıb ki, Azərbaycanın tranzit imkanlarının artması regional inkişafa da öz təhvəsini verəcəkdir: "Dünya üzrə avtomobil yolları ilə daşınan yüklərin 2030-cu ilə qədər 30 faizinin, 2050-ci ilə qədər isə 50 faizinin dəmir yolları ilə daşınacağı proqnozlaşdırılır. 2050-ci ildə dəmir yolu ilə yükdaşımaların 87 faiz artacağı gözlənilir. Məhz bu kontekstdə Avrasiya məkanında daha qısa, bütün bölgələrin inkişafına təkan verəcək bir marşrut olan Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi potensialı xeyli yüksəkdir. İlkin hesablamalara görə, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı ticarətin həcmi 10 milyard dollara çatacaq. Dəmir yolunun tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaq. Bu layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaq ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə təkan verəcək. Regionlarda sənaye potensialının artırılması, kənd təsərrüfatı istehsalının həcminin artması ixrac imkanlarını genişləndirməkdədir. Əlverişli nəqliyyat infrastrukturunun yaradılması regionların xarici bazarlara məhsul ixracında əlverişli üstünlüyünü təmin edəcəkdir".

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində əldə olunan nəticələr iqtisadiyyatımızı daha da gücləndirir

"Ölkə prezidenti cənab İlham Əliyevin son 15 ildə apardığı islahatlar, Azərbaycanın bütün sahələrdə inkişafını təmin edib.Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində isə yüksək inkişaf səviyyəsinə çatmışıq. Bir vaxtlarvətəndaş cəmiyyəti və qeyri-hökümət təşkilatı olaraq biz müəyyən inkişaf templərini qeyd edirdik. Bu gün isə regionların sosail-iqtisadi inkişafı çərçivəsində şəhər və rayonların abadlaşdırılmasından başlayaraq, infrastrukturun, istehsal sahələrinin yaranması, kənd təsərrüfatının inkişafı və digər sahələri də qeyd edirik. Regionlarımız abadlaşdırılaraq infrastruktur inkişafetdirilib. Regionlarda yüksək səviyyədə davam edən sosial-iqtisadi inkişaf  bu gün elə bir səviyyədədir ki, qısa müddət ərzində xaricdən gələn hər hansı bir mütəxəssiz Azərbaycanın yüksək inkişaf templərinə və böyük nəticələrə imza atdığının şahidi olur"

Bu fikirləri Olaylar.az-a Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.

O bildirib ki, Azərbaycan böyük potensiala malik ölkədir və istər sənayə, kənd təsərrüfatı, istərsə də iqtisadiyyat sahəsində bundan daha böyük nəticələr əldə edə bilər: "Cənab prezidentin regionların sosial-iqtisadi inkişafı ilə bağlı, yol xəritələrinin icrasının vəziyyəti ilə bağlı keçirdiyi müşavirələrdə səsləndirdiyi fikirlər ona ehtiva edir ki, bu məsələlər ölkə prezidentinin diqqətində, nəzarətindədir və haqlı olaraq məsul şəxslərdən yüksək nəticələr tələb edir. Biz də vətəndaş cəmiyyəti, qeyri hökümət təşkilatları olaraq ölkə prezidentinin çağırışlarını eşidir, onun çağırışlarına həmişə öz tövhəmizi veririk. Bizim ali məqsədimiz, devimiz budur: kamil vətəndaş, sivil cəmiyyət və güclü dövlət".

Rauf Zeyni qeyd edib ki, ötən illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı bir çox imkanları əldən buraxmışıq. Bu gün isə kənd təsərrüfatı sahəsində böyük islahatların aparılmasının şahidi oluruq və həmçinin əldə olunun yüksək nəticələrin də şahidi olacağıq: "Artıq Kənd Təsərrüfatı Nazirliyində şuraların yaradılmasına imza atılıb. Müəyyən şuraların yaradılması KəndTəsərrüfatı Nazirliyində idarəetmənin dəyişilməsinə səbəb olur. Beləki, beynəlxalq standartlara uyğun idarəetmə sisteminintətbiq edilməsi, elmi əsaslar, beynəlxalq təcrübə və təbiətimizin potensialı ilə vəhdətdə yeni imkanlar yaradacaq. Qısa müddətərzində vətəndaşlar Kənd Təsərrüfatı sahəsində əldə olunan çox böyük nəticələrin şahidi olacaqlar".

Onun fikrincə, Azərbaycanın ilk müstəqillik illərində ilkin mərhələni keçdikdən sonra növbəti mərhələdə regionda lider olan ölkə iqtisadiyyatımızı daha da böyük hədəflərə yönləndirməliyik.

R.Zeyni turizmin inkişafının əhəmiyyətindən danışarkən bildirib ki, qeyri-neft sektorunun inkişafı nöqteyi nəzərindən turizmin inkişafı çox vacibdir. Turizm üzrə qonşu və region ölkələrinin böyük gəlirlər əldə etdiklərinin şahidi oluruq: "Bizdə öz növbəmizdə ölkədə turizm infrastrukturunu inkişaf etdirməliyik. Etiraf etmək lazımdır ki, Azərbayanda olan turizm imkanlarıregion və qonşu dövlətləri içərisində yüksək pilləyə malikdir. Lakin əhəmiyyətli olan bu potensialdan yüksək səviyyədə istifadə edərək, lazımı səviyyədə işlədə bilməkdir. Turizmin inkişafının təmin olunması və onun infrastrukturunun ən yüksək səviyyədə təchiz olunması bu gün aktual məsələdir. Çünki qeyri-neft sektoruna prioritet sahə kimi dövlət səviyyəsində elan olunan sahələrdən biridə turizm sahəsidir. Şahid olduq ki, Mədəniyyət və Turizm Nazirliyi biri-birindən ayrılaraq yeni turizm agentliyi yarandı. Bu da dövlətin turizm sahəsinə nə qədər diqqət göstərməsinin nəticəsidir. Turizmin inkişafı ölkə iqtisadiyyatına yüksək təsir göstərir".

O qeyd edib ki, regionlarda yeni müəssisələrin yaradılması regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir və regionların sosial iqtisadi-inkişafı ilə yanaşı burada kənd təsərrüfatı və sənayenin qurulması da ciddi əsaslara, proqrama söykənməlidir: "Hər hansı bir yeni müəssisə yaranırsa, bunlar gələcək imkanlar, regional xüsusiyyətlər nəzərə alınmaqla iqtisadi və kənd təsərrüfatanın potensialına uyğun yaradılmalıdır ki, ondan sonra onun fəaliyyətinin dayanıqlılğı və daimiliyi təmin olunsun. Sənaye və kənd təsərrüfatı parklarının yaradılması gələcəkdə regionların soial-iqtisadi inkişafı o cümlədən regionlarda kənd təsərrüfatının inkişafına çox böyük dəstək olacaq. Bu proqram çərçivəsində kopmleks şəklində həyata keçirildiyi halda ölkə səviyyəsində daha böyük uğurlar qazana biləcəyik".

Rauf Zeyni vurğulayıb ki, sürətli və səmərəli kənd təsərrüfatı infrastrukturlarını yerlərdə yaratsaq qısa müddət ərzində həm kəndlilərə, fermer təsərrüfatına, həm də bütövlükdə kənd təsərrüfatın inkişafına regionlarda çox böyük dəstək vermiş olarıq: "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində əldə olunan nəticələr iqtisadiyyatımızı daha da gücləndirir və inanırıq ki, əldə olunan gəlirlər qısa müddət ərzində ölkəmizin daha böyük problemlərinin həll olunmasına sərf olunacaq".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31