Nazir müavini: "Ölkəni tərəvəz toxumu ilə təmin edəcək yeni şəhərcik salınır"

Ölkədə 6 hektar qapalı, 30 hektar açıq sahəsi olan yeni böyük şəhərçik salınır.

Bu sözləri avqustun 7-də "Respublikada bitki sortlarının qeydiyyatı, toxumçuluğun mövcud vəziyyəti, problemlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən respublika müşavirəsində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

İ.Quliyev bildirib: "Bildiyiniz kimi, tərəvəz toxumu ilə bağlı ölkə prezidentinin sərəncamı əsasında vəsait ayrılıb. Həmin vəsait hesabına Tərəvəzçilik İnstitutunun bazasında böyük şəhərcik salınır. Bununla da ölkədə tərəvəz toxumuna olan təminatı 100% daxili istehsal odəyəcək".

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31