Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yeni şirkət yaradılıb

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində "Green Park Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyindən  verilən məlumata görə, "Green Park Azərbaycan" MMC kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışının həyata keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi, elmi texniki yeniliklərin, aqrar sahədə innovasiyaların tətbiq edilməsi və bu yeniliklərin digər müəssisələrə təklif edilməsi sahəsində fəaliyyət göstərəcək. Cəmiyyət qanunvericiliyə uyğun olaraq iştirakçıların ümumi yığıncağı tərəfindən idarə olunacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik direktor tərəfindən həyata keçirilir.

Kənd təsərrüfatı naziri İnam Kərimovun imzaladığı sərəncama əsasən, Zülfüqar Sadıqbəyli "Green Park Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin olunub.

AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31