Ölkəmizdə aparılan siyasət regionların sosial-iqtisadi inkişaf dinamikasını daha da sürətləndirir

Arzu Məmmədli: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb"

"Uğurların əsasında düşünülmüş, uzaqgörən siyasət dayanır. Bildiyimiz kimi Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanın inkişaf strategiyasını müəyyən edib. Hazırda Prezident İlham Əliyev tərəfindən bu strategiya uğurla həyata keçirilir, həmçinin, müasir dövrün çağırışlarına uyğun olaraq daha da inkişaf etdirilir. Təkzibolunmaz reallıqdır ki, bu gün Azərbaycan sürətlə inkişaf edir və həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur". Bu fikirləri Olaylar.az -a müsahibəsində Suraxanı rayonu YAP-nın Gənclər Birliyinin idarə heyətinin üzvü Arzu Məmmədli bildirib.

Arzu Məmmədli qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub, bazar institutları formalaşdırıdığını bildirir. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkündür. Prezident İlham Əliyevin, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılıb, makroiqtisadi sabitlik təmin edilib. Bu reallıq cəmiyyətimiz tərəfindən qəbul edilir. Ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı inkişaf dinamikasını daha da sürətləndirir. Ümumilikdə, aparılan düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib. Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur. Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb".

""Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi təmin edilir. İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi dövlət başçısının daim diqqətindədir və bu istiqamətdə yeni iqtisadi islahatlar paketi reallaşdırılır".

Bölgələrdə aparılan yenidən qurma işləri turizmin inkişafına verdiyi tövhələrdən bəhs edən Arzu Məmmədli bildirdi ki, 2011-ci ilin "Turizm ili" çərçivəsində böyük layihələr həyata keçirildi. "Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı turizmin müxtəlif istiqamətlərinin inkişafı, turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, peşəkar mütəxəssislərin hazırlanması, viza problemlərinin həlli, regionlarda turizmin inkişafı, turistlərin tarixi mədəniyyət abidələrinə aparılması məqsədilə yeni marşrutların və şəhər turlarının yaradılması, sərgilərdə turizm şirkətlərinin və hotellərin aktiv iştirakı, və s. məsələlər nəzərdə tutulurdu.

Bu il çərçivəsində turizm sahəsindəki ən böyük layihələri sırasında "Şahdağ" qış-yay turizm kompleksinin tikintisindəki əsas iş infrastrukturun yaradılması oldu. Qəbələdə beynəlxalq əhəmiyyətli iqtisadi və mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi rayona işgüzar səfərə və istirahətə gələnlərin sayının artmasına səbəb olur. Ölkəmizin dilbər güşələriin abadlaqşdırılaraq infrastrukturların yaradılması turistlərin ölkəyə gəlməsinə şərait yaradaraq yeni iş yerləri yananır bölgələrdə işsizlik problemləri aradan qaldırılır.Gənclər arasında bu sahələrdə işləmək üçün ali təsil istəyi formalaşır".

"Davamlı olaraq Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir" - deyə, Arzu məmmədli qeyd etdi.

"Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir.

Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsini artırılmasına və torpaqların münbitliyinin qorunmasına şərait yaradır".

Dünya iqtisadiyyatı, dünya ölkələrinin milli iqtisadiyyatlarını birləşdirən çox səviyyəli qlobal sistem olduğunu bildirən Arzu Məmmədli qeyd etdi ki, bu dünya ölkələrinin iqtisadiyyatının inkişafını, qlobal iqtisadi problemlərinin həll yollarını və iqtisadi inkişafın üstünlükləri, ziddiyətləri haqqında lazımı biliklər əldə etmək üçün öyrənilir. "Müasir dövrdə dövlətlərarası münasibətlərdə iqtisadiyyat başlıca rola malikdir. Bununla əlaqədar olaraq, dünya ölkələri haqqında iqtisadi biliklərin öyrənilməsi əhəmiyyətlidir. Dünya iqtisadiyyatının müasir problemlərinin öyrənilməsinə böyük ehtiyac vardır. Dünya iqtisadiyyatında istehsalın beynəlmiləlləşməsi, dünyada mövcud olan təbii ehtiyatlar, dünya maliyyə münasibətləri, ABŞ, Rusiya, Çin Xalq Respublikası, inkişaf etmiş sənaye ölkələri, inkişaf etməkdə olan ölkələr, yeni sənaye ölkələri, zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatı əks olunmuşdur. Həmçinin də Azərbaycanın sosial-iqtisadi inkişaf dinamikası, aparıcı iqtisadi sahələrinin xüsusiyyətləri, ölkəmizin dünya təsərrüfatı sisteminə inteqrasiyası, dünya iqtisadiyyatında mövqeyi və gələcək perspektivləri də öz əksini tapmışdır".

"Azərbaycanda son illərdə dəmir yolu, neft kəmərləri, kosmosa buraxılan peyklər Azərbaycan iqtisadiyyatını dünya ilə əlaqələndirir. Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici siyasətininin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər işlər görülüb. Azərbaycan, demək olarki bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992 ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidən Qurma və İnkişaf  Bankına, 1999cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri iqtisadiyyatımızda böyük rol oynayır. Bütün bunlar 1991 ci ildən bəri müstəqil olan gənc bir dövlətin dünyada nüfuz sahibi olmasıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin yaşadığı tarixə nəzər salsaq, çoxlu sayda uğurların qazanılmasının şahidi olarıq. Respublikamızın əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəltdi və dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşdu. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Bu gün ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycanla daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı ildən-ilə artır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibi edir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31