Kənd təsərrüfatının inkişafında regional proqramlar əhəmiyyətli rol oynayır

Ölkəmizdə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas prioritetlərindən biri Azərbaycanı müasir dünya standartlarına uyğun, yüksək infrastruktur təminatına malik dövlətə çevirməkdən ibarətdir. Prezident İlham Əliyevin bu istiqamətə köklənmiş müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları (bu vaxtadək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla icra olunur) çərçivəsində reallaşdırılan layihələr Azərbaycanı dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Bu dövlət proqramlarının qarşıya qoyduğu əsas vəzifələr regionlarda yeni iş yerlərinin yaradılması, əhalinin həyat cəviyyəsinin yüksəldilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasir Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyasını xarakterizə edən əsas cəhətlərdir. Son 15 ildə Dövlət proqramları çərçivəsində həyata keçirilən irimiqyaslı layihələrə diqqət yetirsək, bir daha şahidi olarıq ki, Azərbaycanda yaradılan yeni sənaye və istehsal müəssisələri, həmçinin iş yerlərinin həcminə görə postsovet dövlətləri ilə müqayisədə respublikamız xeyli irəlidədir. Bütün bölgələrdə yol infrastrukturunun yenidən qurulması başa çatdırılıb, indiyədək rahat yol arzusu həsrətində olan kənd sakinlərinin istəkləri reallaşdırılıb və bu istiqamətdə irimiqyaslı layihələr həyata keçirilib. Dünya standartlarına cavab verən yeni yolların çəkilməsi, müasir yol ötürücülərinin, körpülərin, yeraltı və yerüstü piyada keçidlərinin tikilməsi əhalinin sabaha olan inamını daha da artırıb. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq, bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb. Ümumiyyətlə, son 15 ildə Azərbaycanda bütün sahələr üzrə sürətli inkişafın şahidiyik. Bunu ölkəmizə gələn qonaqlar, rəsmi dövlət nümayəndələri də etiraf edirlər. Bir neçə il sonra ölkəmizə yenidən gələn dövlət nümayəndələri Azərbaycandakı inkişafdan, baş verən dəyişikliklərdən heyranlıqla danışırlar. Ölkə rəhbərinin 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların, o cümlədən, qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi əhalinin də həyat səviyyəsinin yaxşılaşdırılmasına öz təsirini göstərib. Hər birimiz bunu gündəlik həyatımızda da hiss edirik.

***

"Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramı bildiyimiz kimi 2014-2018-ci illəri əhatə edir. Bundan sonra isə yenidən növbəti illər üçün nəzərdə tutuldu. İlk növbədə Dövlət Proqramı layihələrində Azərbayan Respublikasının bütün regionları öz əhatəsini tapıb. O cümlədən, bu proqramlar bu gün işğal altında olan torpaqlarımızı da əhatə edir və etməlidir. 2013-cü ildə prezident seçkilərindən sonra bu istiqamətdə işlər daha da şəffaflığa doğru istiqamətlənib. Prioritet hallar seçilərək müəyyən olunub. Hal-hazırda kənd təsərrüfatı ilə bağlı və digər sosial yönümlü layihələrə daha çox üstünlük verilir. Bu layihələrin çevik icra mexanizmi olsa, qısa müddətdə olmasa belə konkret zaman və məkan çərçivəsində onun  effektini görəcəyik". Bu sözləri iqtisadçı ekspert Fuad İbrahimov deyib. Fuad İbrahimovun fikrincə, regional proqramların tətbiqində əsas üstünlük prespektivdə inkişafı ola biləcək layihələrə verilməlidir. Bu günlər ola bilsin ki, hansısa bir layihəni həyata keçirək, yaxud hansısa idman qurğusunu, idman kompleksini inşaa edək, amma prespektivdə ola bilsin ki, o regionda onun elə də bir effekti olmayacaq. Lakin bu gün mühüm əhəmiyyət kəsb edən qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu isə ölkədə kompleks tədbirlərin görülməsini tələb edir.

Fərz edək ki, kəndli bir gündə bir sahənin toxumunu səpir, bir həftə ərzində yetişdikdən sonra isə məhsulu yığır. Amma bir həftənin içində o məhsulu yerləşdirmək, yaxud istehlakçıya çatdırmaq qeyri mümkündür. Belə olan halda mütləq regionların inkişafında kənd təsərrüfatı prioretinə daha diqqətli və kompleks şəklində yanaşılmalıdır ki, regionlarda kəndli istədiyi zaman müvəqqəti saxlanılma məntəqələrində məhsulu saxlaya bilsin. Proqram bunu prioritetiv və prespektiv planı kimi saxlamalıdır.

Ekspert bildirib ki, belə strateji yanaşmalarla demək olar ki, mərhələli formada bütün sahələrdə inkişafı əldə etmək mümkündür: "Son dövrdə Azərbayanda ASAN xidmətin yaradılmasından sonra ölkədə elə bir vətəndaş yoxdur ki, bu xidmətdən istifadə etməsin. Regionlarda bu qəbildən olan xidmətlərin açılması və xidmət göstərməsi öz müsbət töhvəsini verəcək".

İqtisadçı-ekpert regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının turizmin inkişafına təsiri ilə bağlı danışarkən bildirib ki, turizm bu il regionlarda pik nöqtəyə çatıb: "Regionlarda artıq turizmin inkişafı ilə bağlı  2 il öncəki fərqi götürsək rəqəmlə əmin edə bilərəm ki, 2015-ci ildən bu yana ölkəmizə turistlərin gəlməsində 200% dən çox artım var. Bu nöqteyi-nəzərdən artıq proqram öz müsbət təsirini göstərir. Regionların inkişafında müasir infrastrukturlar qurulmasaydı, yüksək dərəcəli otellər mövcud olmasaydı, adi bir mobil xəttin belə mövcudluğu olmasaydı, şübhəsiz ki, bu gün tursitlərin ölkəmizə gəlməsi ilə bağlı da söhbət gedə bilməzdi. Turistlər ailələri ilə birlikdə regionlarımızda istirahət edirlər. Bunu da nəzərə almaq lazımdır ki, bütün bunların  başında təhlükəsizlik məqamı xüsusi yer tutur. Bu gün ola bilsin ki, iqtisadi cəhətdən inkişaf edən hər hansı infrastruktur müasir dövrün tələbinə cavab versin, ancaq təhlükəsizlik yaransın, belə olan halda turizmin inkişafından söhbət gedə bilməz".

İbrahimov qeyd edib ki, bütün bu amillər kompleks şəklində həyata keçməlidir və bu amillərdən biri olmasa zəncirvari tarazlıq korlanacaq və o zaman Dövlət proqramının mahiyyəti itmiş olacaq. Yalnız turizm deyil, kənd təsərrüfatı sahəsində də belədir. Bütün məsələlərə ardıcıl olaraq kompleks yanaşmaq lazımdır. Belə olduğu halda bazar iqtisadiyyatı müddəaları həyata keçir və mərhələli şəkildə inkişaf göz qabağında olur.

Regionların inkişafı ilk növbədə makroiqtisadi tarazlığı bərqərar edə bilər

Ekspert bildirib ki, 2015-ci ildən manatın devalvasiyası, eyni zamanda neftin qiymətinin aşağı düşməsi regional iqtisadiyyata Rusiya, Qazaxıstan və digər neft amilindən asılı olan ölkələrə də aiddir. Lakin Rusiyadan və Qazaxıstandan fərqli olaraq ölkəmiz  bundan daha çox zərbə aldı: "Belə olduğu halda tənəzzül yaranır. Tənəzzül yarandıqda isə mərhələli olaraq domino effekti kimi bütün sahələri dağıdır. Lakin ölkə olaraq dayanıqlı və iradəli olduğumuz üçün bu problemi dəf etdik. Ölkə rəhbərliyi tərəfindən hökumət strukturlarında dəyişikliklər aparıldıqdan sonra sahibkarlar yenidən öz bizneslərinə qayıtmağa başlayıblar. Kredit borcu olanlar ahibkarlar da artıq borclarını qaytarmağa başlayıblar. Bu ondan irəli gəlir ki, sahibkarlara imkan verilib ki, çalışsınlar. Artıq sahibkarları sivil qaydada dinləyirlər".

Regionların inkişafı hal-hazırda daha çox kənd təsərrüfatı və turizmlə bağlıdır. Gəncə, Sumqayıt, Mingəçevir kimi şəhərlər sənaye və istehsalın inkişafı ilə seçilir. F. İbrahimov vurğulayıb ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə hər il regionlarda sahibkarların layihələrinə güzəştli şərtlərlə kreditlərin verilməsində əsasən kənd təsərrüfatı üstün yer tutur. Yenə də turizm sektoru, burada iaşə obyektləri, kifayət qədər ekonomklas otellərə, bu sahələrə daha çox kredit ayrılıb. Ancaq layihələrdən gözləntilər isə burada ilk növbədə krediti götürən sahibkarın işə nə qədər məsuliyyətlə yanaşmasından gedir: "Ümumiyyətlə bu sahədə Milli Fond tərəfindən ayrılan kreditlərin effektivliyi və ya layihələr haqqında gözləntilərimiz ondan ibarətdir ki, effektivliyi əldə etmək üşün hazırki dövrdə bu sahə üzrə təkmilləşmə gedir. Həm sahibkarlar, həm də krediti ayıran orqanlar tərəfindən təkmilləşmə getdiyi üçün bu kreditlərin daha çox idarə olunan kompleks şəklində araşdırılmış kreditlərin verilməsi müsbət olardı. Bu da ondan ibarətdir ki, fond tərəfindən digər dövlət orqanları ilə birgə iş aparılmalıdır. Regionlarda məhz boşluqlar, hansı sahələr üçün kreditin vacib  olduğu araşdırılsa və eyni zamanda sahibkarlığın şəffaf fəaliyyəti ilə bağlı təkliflər verilsə daha effektli nəticələr əldə etmək mümkün olar. Buna intellektual idarə olunan kredit və istiqamətləndirmə deyilir ki, o zaman daha müsbət nəticələrə nail olunur".

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmiş, kənd yolları asfatlaşdırılmış, rayonların ucqar kəndləri belə qazlaşdırılmış, yaşayış məntəqələri içməli su ilə təmin olunmuş, rabitə sistemi yüksək səviyyədə qurulmuş və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılmışdır. Regionlarda ən müasir tələblərə cavab verən yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istfadə edilməsi əhalinin məşğulluğunu daha da artırmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31