Müctəba Xameneinin SİRLİ yoxluğu – İranın dünyəvi dövlətə çevrilməsi üçün HAZIRLIQ başlayıb?

İranın yeni Ali dini rəhbəri Müctəba Xamenei ilə prezident Məsud Pezeşkianın görüşməsi barədə xəbərdən sonra da liderin nə fotosu, nə videogörüntüsü yayıldı. Yeni rəhbərin öz atası Seyid Əli Xameneinin dəfnində də görünmədiyi məlumdur. Vaxt uzandıqca isə oğul Xameneinin heç bir görüntüsünün olmaması onun sağ olmadığı və ya komada-anlaqsız vəziyyətdə olduğu barədə iddiaları bir qədər də ciddiləşdirir.

Bu barədə Musavat.com-a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, yeni ali rəhbər Müctəba Xamenei ilə bağlı ilk gündən olan şübhələr getdikcə özünü doğruldur: "Yəni Müctəba Xameneinin sağ olmadığı barədə əvvəldən fikirlər, iddialar dolaşıb. Şəxsən mən də ilk vaxtdan bu fikirdə olmuşam və bu gün fikrimiz qətidir. Əgər yeni ali dini lider həyatdadırsa belə, böyük ehtimalla sağlamlığı elə vəziyyətdədir ki, anlaqsız vəziyyətdədir.

Mənim ağlımda başqa bir ehtimal da var, düşünürəm ki, İran artıq dünyəvi dövlətə çevrilmək məcburiyyətində olduğunu anlayır. Ona görə də belə bir şəxsi ali dini rəhbər seçiblər. Yəni həyatda olub-olmadığı bəlli olmayan şəxsi rəhbər seçiblər. Görünür bəlli bir müddət onun ətrafında manipulyasiyalar davam edəcək, ondan sonra İran qanunvericiliyi, İrandakı satatus-kvo yenidən gündəmə gələcək, yenidən dəyişikliklərə gediləcək.

Mənə belə gəlir ki, ABŞ-nin əsas tələbi İranın nüvə silahı yaratmaqdan imtina etməsi ilə bərabər, İranın dünyəvi dövlətə çevrilməsidir. Hesab edirəm ki, bunun üçün hazırlıqlar başlayıb. Çox güman ki, Müctəba Xamenei də buna görə məchul bir şəkildə ali dini rəhbər adı ilə ortalıqda mövcuddur kimi göstərilir. Onun reallıqda ortada yoxluğu İranın dünyəvi dövlətə çevrilməsi prosesinin tərkib hissəsi kimi görünür. ABŞ danışıqları ali dini rəhbərlə aparmır, xalqın seçdiyi prezidentin komandası ilə aparır".

Siyasi şərhçinin sözlərinə görə, yəni faktiki surətdə artıq İranda dini dövlət təmsilçiləri ilə deyil, dünyəvi dövlət təmsilçiləri ilə danışıqlara üstünlük verilir...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31