İndiyədək 15 ixrac missiyası təşkil olunub

Ölkədə qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilir. İ

qtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, indiyədək 15 ixrac missiyası təşkil olunub, Azərbaycan şirkətləri 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı imzalanıb, ixrac təşviqinin ödənilməsi davam etdirilib və 2018-ci ilin birinci yarısında sahibkarlara 2,2 mln. manat, indiyədək isə 5,3 mln. manat ixrac təşviqi ödənilib. Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Şərqi Avropada ticarət nümayəndələri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində "Azərbaycan İş Mərkəzi" açılıb. Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklamı kampaniyasına, "Made in Azerbaijan" brendinin təşviqinə başlanıb.

Belarusda və Ukraynada Azərbaycan ticarət evləri açılıb, bu yaxınlarda Latviyada "Azərbaycan Ticarət Evi" fəaliyyətə başlayacaq, ilin sonunadək Çinin Şanxay şəhərində "Azərbaycan Şərab Evi", Birləşmiş Ərəb Əmirliklərində "Azərbaycan Ticarət Evi"nin açılması planlaşdırılır, Çinin paytaxtı Pekində və bir sıra digər iri şəhərlərində ticarət və şərab evlərinin yaradılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31