Sahibkarlara 200-dən çox elektron lisenziya verilib
İqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə 55-i 2018-ci ilin birinci yarısında olmaqla, indiyədək 261 sahibkarlıq subyektinə 294 investisiya təşviqi sənədi verilib.
17 İyul 2018 12:39 İqtisadiyyatİqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə 55-i 2018-ci ilin birinci yarısında olmaqla, indiyədək 261 sahibkarlıq subyektinə 294 investisiya təşviqi sənədi verilib.
"Olaylar" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manat investisiyanın yatırılması və 19 mindən çox yeni iş yeri açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir. Dövlət başçısının müvafiq Fərmanından irəli gələn vəzifələrin icrası olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yaradılmış "Lisenziyalar və icazələr" portalı bu ilin mart ayından fəaliyyətə başlayıb. Bu günədək İqtisadiyyat Nazirliyi tərəfindən "Lisenziyalar və icazələr" portalı vasitəsilə sahibkarlara 200-dən çox elektron lisenziya verilib.