Regional proqramlar şəhər və rayonların simasını dəyişib
Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində uğurla icra edilməkdədir. Ötən 14 il ərzində icra edilən bu proqramlar nəticəsində ölkənin siması tamamilə dəyişib, yerlərdə yeni-yeni layihələr həyata keçirilib, çoxlu sayda infrastruktur layihələri reallaşdırılıb, istehsal müəssisələri yaradılıb. Paralel olaraq əhalinin sosial və kommunal problemlərinin həlli istiqamətində də kifayət qədər işlər görülüb.
16 İyul 2018 16:21 İqtisadiyyatRegionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində uğurla icra edilməkdədir. Ötən 14 il ərzində icra edilən bu proqramlar nəticəsində ölkənin siması tamamilə dəyişib, yerlərdə yeni-yeni layihələr həyata keçirilib, çoxlu sayda infrastruktur layihələri reallaşdırılıb, istehsal müəssisələri yaradılıb. Paralel olaraq əhalinin sosial və kommunal problemlərinin həlli istiqamətində də kifayət qədər işlər görülüb.
Respublikanın hər bir bölgəsində olduğu kimi İmişli rayonunda da Dövlət Proqramları uğurla icra edilib, uğurlu nəticələr əldə edilib. Hər bir Dövlət Proqramı kimi 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də İmişli rayonunda kifayət qədər işlər görülüb. Belə ki, aparılan genişmiqyaslı iqtisadi islahatlar, eləcə də Dövlət Proqramının uğurlu icrası nəticəsində İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunub. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 172694900 mаnаtlıq məhsul istеhsаl еdilib və yа хidmət göstərilib ki, оnun 61245400 manatı və ya 35.5 faizi sənaye, 59696000 manatı və ya 34.6 faizi kənd təsərrüfаtı, 7816900 mаnаtı və ya 4.5 faizi tikinti, 39214500 mаnаtı və 22.7 faizi ticаrət və iаşə, 4432900 mаnаtı və ya 2.6 faizi nəqliyyat, 289.200 mаnаtı və ya 0,1 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.
Sənаyе məhsullаrının istеhsаlı üzrə rayon əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir. 2018-ci ilin birinci yarım ilində məlumatlara əsasən 61245400 manatlıq məhsul istehsal edilib, İstehsal olunan sənaye məhsullarının 90.2 faizi qeyri-dövlət sektorunun payına düşür.
Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə: İmişli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı da, xüsusi yer tutur. Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda kənd təsərrüfatı inkişaf edib. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıq verib. Məlumat üçün qeyd edək ki, bu il İmişli rayonunda 13645 ha torpaq sahəsində pambıq əkilib Hazırda pambıq sahələrində becərilmə və suvarma işləri aparılır.
Baramaçılığın inkişafı rayonda uğurla inkişaf etdirilir. Carı ildə rayon ərazisində 134 kümçüyə ipəkqurdu paylanaraq, 10087 kq yaş barama istehsal edilib ki, bu da ötən illə müqaisədə 25.6 faiz cox olub
2018-ci ilin birinci yarımili ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilib, rayon üzrə mal-qaranın sayı 94153 başa, qoyunların sayı 253013başa, quşların sayı isə 997090 başa çatıb. Ət istehsalı (diri çəkidə) 5144.2 ton, süd istehsalı 24960 ton, yumurta istehsalı isə 25776 min ədəd olub. Rayon ərazisində 19084 hektar sahədə taxıl, bundan 5760 hektar sahədə arpa, 13324 hektar sahədə buğda, 209 hektar sahədə kartof,109hektar sahədə şəkər çuğunduru, 322.6 hektar sahədə tərəvəz və 329.4 hektar sahədə bostan əkilib. Taxıl sahələrindən18284 hektar sahədə piçin işləri aparılıb, orta məhsuldarlıq arpada 29.8 sentner, buğdada isə 34 sentner olmuşdur, hazırda biçin davam edir. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatları yaradılıb.
Azərbaycan Respublikasında "Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin Nazirlər Kabinetinin Qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. 6000 ha qış otlaq sahəsinin isə təyinatının dəyişdirilməsi üzrə sənədləşmə işləri aparılır. Əkinçilik üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların lildən təmizlənməsi və genişləndirilməsi işləri başa çatdırılıb. Rayon ərazisində R-2, Gavur arxı, Arazyanı, MTS, Qızılarx, ikinci qol kanallarında əsaslı şəkildə lildən təmizlənmə işləri görülüb, Beşdən-bir, Şirinqum, Qulubəyli kanallarında, Cavadxanlı, Muradxanlı, Məmmədli, Aranlı, Sarıxanlı, Boşçalılar kəndləri ərazisində olan kanallarda işlər davam etdirilir.
Dövlət proqramları çərçivəsində İmişli rayonunda geniş miqyaslı quruculuq-abadlıq işləri də həyata keçirilib. Belə ki, İmişli şəhərinin P.Həsənov, Koroğlu, Q.Qarayev, L.Vəliyev küçələrinə 25130 kv.m sahəyə asfalt örtüyü qoyulmasına başlanılıb. Heydər Əliyev prospektində səkilərə yeni səki daşları və tamet piltə qoyularaq abadlıq işləri aparılır, P.Həsənov, Koroğlu küçələrinə14960 kv-m asvalt örtüyü qoyulub və bu istiqamətdə işlər davam etdirilir. 14 km-lik İmişli-Yalavac -Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli yerli əhəmiyyətli avtomobil yolunda təmir işləri başlamış və hazırda bu işlər davam etdirilir. İmişli rayin Statistika idarəsinin inzibati binasında əsaslı təmir işlərinə başlanılıb və yaxın müddətdə bu işlər başa çatdırlacaq.
Hazırda "ASAN Həyat" kompleksinin və "Bayraq Muzeyinin" tikintisi işləri davam etdirilir. Bundan başqa Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində 132 şagird yerlik Aqranlı kənd 2 saylı orta məktəb binasının tikintisi, Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb binasının quraşdırılması və "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin tikintisi nəzərdə tutulub. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulub. Dövlət proqramının icrası müddətində əhalinin sosial müdafiəsi ilə bağlı məsələlər də diqqət mərkəzində olub. Belə ki, ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş Dövlət Proqramlarının icrası uğurla icra edilib və bunun nəticəsində İmişli rayonunda 2018-ci ilin yanvar-iyun aylarında 1501 iş yeri açılıb. Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, yarım il ərzində 159 nəfər daimi işlə təmin olunmuş, gəlirləri ehtiyac meyarından aşağı olan 872 ailəyə ünvanlı sosial yardımların verilməsi təmin edilib. Əhаlinin həyаt səviyyəsinin yüksəlməsini səciyyələndirən оrtа аylıq nоminаl əmək hаqqı rаyоn üzrə 2018-ci ilin birinci yarımilində 325 mаnаt olub. Rаyоn üzrə ən yüksək оrtа аylıq nоminаl əmək hаqqı maliyyə və siğorta fəaliyyəti sahələri üzrə olub.
Dövlət proqramlarının icrası müdətində əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı məsələsində də müəyyən tədbirlər həyata keçirilib. Belə ki, 2018-ci ilin 6 ayı ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılıb, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilib, yeni güc mərkəzləri yaradılıb. Bu müddətdə 50 ədəd müxtəlif güclü transformator cari təmir, 45 ədəd trasformator yarımstansiyası isə əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılıb. Belə ki, rayonun Xəlfəli və Telişli kəndlərində həyətyanı sahələrdən açıq naqillərlə keçən hava xətləri ilə həyətyanı sahələrdən çıxarılaraq yol kənarı ilə kabel xətləri yenidən çəkilib. Hazırda Aranlı, Qızılkənd, Hacırüstəmli, Çaxırlı və Məzrəli kəndlərində elektrik təsərrüfatlarında müvafiq təmir işləri aparılır. Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2018-ci ilin 6 ayında 160 yeni fərdi ev, 10 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilib. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 116 olub. Rayonun 37 yaşayış məntəqəsinin tam qazlaşdırılması təmin edilib. Rayonun Qızılkənd və Aranlı kəndlərində qaz xəttinin çəkilməsi məqsədi ilə layihə-smeta sənədləri hazırlanıb və həmin kəndlərdə qaz xətlərinin çəklişinə başlanıb.
Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 43 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Bununla yanaşı əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 saylı Sərəncamı ilə rayonun Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərinə yeni su xətlərinin çəkilməsi başa çatıb.
Ümumiyyətlə, Dövlət proqramlarının uğurlu icrası nəticəsində İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunub. Bundan əlavə Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün və qaçqın ailələrinə 550 mexaniki su sayğacı quraşdırılmış və abonentlərin istifadəsinə verilib. Bundan başqa diametri 800 mm olan ümumi uzunluğu 15715 p/metr olan mikrotunelin qazıntısına başlanılıb və 230 ədəd mikrotunel üçün lazım olan şaxtaların 12 ədədinin tikinti işləri aparılıb, lakin 2014-cü ildən bəri kanalizasiya xətlərinin çəkilişi işləri tam dayandırılıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir