Azərbaycanda mövcud fitosanitar vəziyyət müzakirə ediləcək
28 İyun 2018 16:23 İqtisadiyyatBirləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) "Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi" layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin işçiləri və bitkiçilik mallarının istehsalçıları və ixracatçıları arasında görüş təşkil edəcək.
BMT-nin Bakı ofisinin informasiya departamentindən "OLAYLAR"-a bildirilib ki, görüş zamanı Azərbaycanda mövcud fitosanitar vəziyyət, institusional strukturda dəyişikliklər, beynəlxalq fitosanitar qaydalar və prosedurlar, xarici ölkələrin idxal tələbləri, sahədə fitosanitar nəzarət və s. kimi mövzular müzakirə ediləcək.
Tədbir iyunun 20-da baş tutacaq.