Azərbaycan Kubada keçiriləcək beynəlxalq kommersiya yarmarkasına dəvət olunub

Azərbaycan bu il oktyabrın 29-dan noyabrın 2-nə qədər Kubanın paytaxtı Havanada keçiriləcək FİHAV-2018 beynəlxalq kommersiya yarmarkasına dəvət olunub. 

Dəvəti Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo Azərbaycan Ticarət-Sənaye Palatasının prezidenti Niyaz Əlizadəyə çatdırıb.

Görüş zamanı səfir bildirib ki, FİHAV Azərbaycan məhsullarının Latın Amerika bazarına çıxması üçün ən əlverişli platformadır. 

Bundan başqa, görüşdə iki ölkə arasında ticarət əlaqələrin inkişaf etdirilməsi də müzakirə olunub. Səfir əczaçılıq, biotenologiya, tibbi xidmətlərin göstərilməsi sahələrində ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.  

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31