“Baş verənlər iki ölkənin münasibətlərinin pozulması demək deyil”
“Son zamanlar baş verənlərin Azərbaycan-Gürcüstan münasibətlərinə aidiyyəti yoxdur. Orada hökumət böhranı idi. Hökumət istefaya getdiyinə görə TANAP-ın açılış mərasiminə qatıla bilmədilər”.
21 İyun 2018 12:06 İqtisadiyyat"Son zamanlar baş verənlərin Azərbaycan-Gürcüstan münasibətlərinə aidiyyəti yoxdur. Orada hökumət böhranı idi. Hökumət istefaya getdiyinə görə TANAP-ın açılış mərasiminə qatıla bilmədilər".
Bu fikirləri millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Rasim Musabəyov iki ölkə arasındakı münasibətlərdən danışarkən deyib. O, bildirib ki, Gürcüstanın bu durumunda açılış mərasimində iştirak etməsi mümkün deyildi: "Saxlanılan azərbaycanlılara gəlincə, bu, onların öz səhvləri ucbatından baş verib. Təbii ki, bununla bağlı istintaq gedir. Ona görə də bu kimi məsələləri Azərbaycanla Gürcüstanın münasibətlərinin pozulması kimi təqdim etmək doğru deyil".
Azadinform