Dövriyyəyə yeni əskinasların buraxılması hansı zərurətdən yaranıb?
Nağdsız hesablaşmaların tətbiqi dairəsini genişləndirməyə ehtiyac var Mərkəzi Bank tərəfindən 200 manat dəyərində yeni əsginasın dövriyyəyə buraxılacağı xəbərinin ardınca 500 manatlıq əskinasın da hazırlanması barədə məlumat yayılıb. Rəsmi açıqlamalara görə, yeni əskinaslar tədavül prosesinin asanlaşmasına və yığımların optimallaşdırılmasına səbəb olacaq. Lakin iri nominallı əskinasın dövriyyəyə buraxılmasının bir sıra çatışmamazlıqlarının olacağı ehtimalı da yox deyil.
29 May 2018 12:01 İqtisadiyyatNağdsız hesablaşmaların tətbiqi dairəsini genişləndirməyə ehtiyac var
Mərkəzi Bank tərəfindən 200 manat dəyərində yeni əsginasın dövriyyəyə buraxılacağı xəbərinin ardınca 500 manatlıq əskinasın da hazırlanması barədə məlumat yayılıb. Rəsmi açıqlamalara görə, yeni əskinaslar tədavül prosesinin asanlaşmasına və yığımların optimallaşdırılmasına səbəb olacaq. Lakin iri nominallı əskinasın dövriyyəyə buraxılmasının bir sıra çatışmamazlıqlarının olacağı ehtimalı da yox deyil. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli deyib ki, əslində Azərbaycanda dövriyyəyə 200 manatlıq əsginaslar buraxılmasının izahını Mərkəzi Bank özü verməlidir: "Azərbaycanda alış-veriş sahəsində daha çox 3 problemin bir-birinə qarşılıqlı təsirini də nəzərə almaqla optimal həllinə nail olmaq lazmdır. Birincisi, nağdsız hesablaşmaların stimullaşdırılması və onun tətbiq dairəsinin genişləndirilməsi. İnkişaf etmiş ölkələr bu işi çox yaxşı qurublar. Onlarda nağdsız hesablaşmalar yaxşı təşkil edildiyindən, vətəndaşların cibində kimisə kofeyə qonaq eləmək və s. üçün hər ehtimala qarşı uzağa 20-30 dollar nağd pul olur. Azərbaycanda hər şeydən əvvəl bu üsulun geniş tətbiqinə nail olmaq lazımdır".
Deputat qeyd edib ki, ikinci mərhələdə tədavüldə olan nağd pul kütləsini lazımi səviyyəyə çatdırıb, bu sahədəki qıtlığın aradan qaldırılasına nail olmaq lazımdır: "Birinci amil sonradan bunu özü yaxşıca tənzimləyəcək. Üçüncüsü, yeni pul əskinaslarının buraxılması dövriyyəni rahatlaşdırmağa yönəldilməlidir. Ona görə də insanların və marketlərin alış-veriş prosesində və pul xırdalayan zaman qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqdan ötrü dövriyyə 2 və ya 3 manat və 25 manat nominallı əsginasların buraxılmasına daha çox ehtiyac var. Bu baxımdan yanaşdıqda dövriyyəyə 200 manatlıq əsginaslar buraxılmasına elə bir lüzum yox idi. Yəqin bu addım sırf yubiley hadisələri ilə bağlı məsələdir. Amma yubileylərlə bağlı kağız pul yox, metal pulların buraxılması daha məqsədə uyğundur.Çünki, bu halda onu hamı, maaşı 200 manatdan aşağı olanlar da əldə edə və yubiley xatirəsi kimi saxlaya bilər". O ki qaldı 200, 500 manatlıq əsginasların dövriyyəyə buraxılmasıyla kataklizmlərin olacağı, infiliyasiyanın artacağı və s. bu kimi məsələlərə, Ə.Məsimli burada nəzəri cəhətdən həqiqət payı varsa da, psixoloji təsirdən doğan nəticələrdən başqa elə bir ciddi problem mənbəyi olmadığını deyib: "Azərbaycanda inflyasiyanın yarıdan çoxunun baiskarı monopolistlərdir. Əslində ölkəmizdə dövriyyədə 200 manatlıq əsginasların olması ilə olmaması arasında elə bir ciddi fərq yoxdur. Amma Mərkəzi Bank insanların və marketlərin alış-veriş prosesində və pul xırdalayan zaman qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqdan ötrü dövriyyə 2 , 3 və 25 manat nominallı əsginasların buraxılması məsələsini həll etsə, əhalinin rahatlığı üçün daha faydalı variant olar".
İqtisadçı ekspert Vuqar Bayramov hesab edir ki, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq: "Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək. Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əskinasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı".
Xatırladaq ki, hazırda istifadə etdiyimiz müstəqil Azərbaycan Respublikasının manatı 1992-ci ilin avqustun 15-də dövriyyəyə buraxılıb. O zaman 1, 10 və 250 manatlıq əskinaslar dövrüəyyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq buraxılıb. Bəs Azərbaycanın puemissiyasının tarixi nə vaxtdan başlayır? Axə müstəqillikdən öncə də pullarımız olub. Denominasiya prosesində tədavülə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutaların məzənnələrinə uyğun formalaşdırmaq, milli pul nuşanları dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirməkdən ibarət idi. Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid pul nişanlarında milli və tarixçilik ənənələrini daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsini yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etdi.
Onu da qeyd edək ki, müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin - Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyasının tarixi 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində "Азербайджанская Республика" ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta - manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.
Zəka