Rüfət Aslanlı: "Banklarda əlavə resurslar formalaşdıqca, müştərilərə əlavə güzəştlər tətbiq oluna bilər"
10 May 2016 11:23 İqtisadiyyat"Son bir il ərzində kreditlərin verilməsi şərtlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. Onun sözlərinə görə, kreditlərin həm müddəti, həm faiz dərəcələri aşağı salınıb: "Xüsusilə devalvasiyadan sonra banklar vaxtı keçmiş kreditlərin böyük hissəsini faizlər üzrə güzəştə gediblər, müddətləri azaldıblar. Banklarda əlavə resurslar formalaşdıqca, əlavə güzəştlər də tətbiq oluna bilər. Bu, banklarla müştərilər arasında olan münasibətlərdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31