Nazir: Azərbaycan AİB-in strategiyasının yaradılması üzrə konsultasiyalarda iştiraka hazırdır

Azərbaycan Asiya İnkişaf Bankının (AİB) yeni strategiyası üzrə konsultasiyaların fəal iştirakçısı olmağa hazırdır. Məlumata görə, bunu maliyyə naziri Samir Şərifov Almaniyanın Frankfurt şəhərində AİB Rəhbərlər Şurasının 49-cu İllik Toplantısında çıxış edərkən deyib. Nazir bildirib: "Əminəm ki, AİB-in hazırladığı yeni strategiya yaranan problemləri daha kompleksli həll etməyə imkan verəcək və onun reallaşdırılması bankın güclənməsinə gətirib çıxaracaq". S.Şərifov çıxışında özəl sektora dəstək də daxil olmaqla AİB-in kredit əməliyyatlarının artırılması və genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31