Neftin və dolların bu günə qiyməti

Əlvan metalın qiymətində cüzi ucuzlaşma müşahidə olunur

Dünya birjalarında neftin qiymətində ucuzlaşma müşahidə olunur. ANS PRESS-in məlumatına görə, cüzi ucuzlaşmadan sonra dünya bazarlarında "Brent" markalı neftin bir barelinin qiyməti 37.37 dollar təşkil edib."WTI" markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 35.33 dollar müəyyən olunub.Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 41,29 dollar təşkil edib.Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,20 dollar olub. Platinin 1 qramı 30,29 dollar, palladiumun 1 qramı isə 17,67 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0,48 dollar müəyyənləşib.AMB-dən verilən məlumata görə, 01.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5094 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7182 manat, Rusiya rublu isə ucuzlaşaraq 0.0223 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1468 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5344 AZN dəyərində müəyyənləşib.Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 04.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5165 səviyyəsində müəyyən olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31