ARDNF 2 banka 34,3 mln. dollar satıb
18 Mart 2016 12:43 İqtisadiyyatBu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, fond tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 34,3 mln. dollar məbləğində vəsait 2 banka satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31