Prezidentin imzaladığı sərəncam Azərbaycan iqtisadiyyatının yenidən qurulmasını nəzərdə tutan mühüm bir sənəddir

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016 Sərəncamı yaxın, orta və uzaq perspektiv üçün Azərbaycan iqtisadiyyatının müasir tələblər çərçivəsində əsaslı şəkildə yenidən qurulmasını nəzərdə tutan mühüm bir sənəddir" Bu fikirləri "OLAYLAR"-a iqtisad elmləri doktoru Fikrət Yusifov səsləndirib. O, bildirib ki, sözügedən sənəd əsasında Azərbaycan iqtisadiyyatının güclü, zəif tərəfləri, onun real imkanları və mövcud ola biləcək təhlükələr müəyyən ediləcək: "Bir sözlə, onun faktlara əsaslanan 360 dərəcəli diaqnostikası aparılacaq. Bu isə o deməkdir ki, əsas istiqamətlər üzrə yeni proqramlar hər bir sahənin bütün reallıqlarını olduğu kimi nəzərə almaqla tərtib ediləcək". İqtisadçı deyib ki, Azərbaycan iqtisadiyyatının mühüm bir hissəsini təşkil edən 8 prioritet sektora xüsusi diqqət yetiriləcək: " Bunlar, 4 istehsal sektoru: - neft- qaz, kənd təsərrüfatı, istehlak malları istehsalı, ağır sənaye və maşınqayırma, 2 xidmət sektoru: - ixtisaslaşmış turizm, logistika və ticarət və 2 sosial sektor: - uyğun qiymətə mənzillər və kompleks məsələ kimi peşə təlimləri sahələrindən ibarət olacaq. Bu əsas sektorların hər biri üçün ayrıca həm diaqnostik hesabat, həm də yol xəritəsi olacaq. Ən mühüm məsələlərdən biri də ondan ibarətdir ki, yol xəritəsi və baxışın yekun versiyasının işlənib hazırlanmasında alimlər və bütövlükdə elm sektoru, vətəndaş cəmiyyəti, özəl sektor və beynəlxalq tərəfdaşlardan ibarət geniş bir auditoriya iştirak edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31