İdman

Messi ilin ən yaxşı bombardiridir

19 Dekabr 2016 11:41

Avropanın 5 ən böyük liqasının futbolçuları arasında bütün yarışlarda 2016-cı ildə ən çox qol vuran oyunçu müəyyənləşib.  "Barselona"nın hücumçusu Lionel Messi bu ilin bombardiri olub.La Liqanın 16-cı  turunda "Espanyol"la görüşdə fərqlənən argentinalı oyunçu bu il vurduğu qolların sayını  51-ə çatdırıb və ən yaxşı bombardir olub. Qol.az

"Qarabağ" Reynaldon göndərir?

18 Dekabr 2016 16:25

Azərbaycan millisinin rəqibi məşqçisi ilə yollarını ayırıb

16 Dekabr 2016 19:00

Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Norveç yığmasının məşqçisi Martin Fayston vəzifəsindən ayrılıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, ölkə yığmasında baş məşqçi Per-Matias Höqmonun ardından baş verən ikinci istefa olub. Höqmo uğursuz nəticələri ilə əlaqədar noyabrın 16-da qovulub. 2013-cü ilin payızında Norveç yığmasına gələn M.Faystonun 3 illik müqaviləsinə isə ötən gün xitam verilib.

Erməniyə qalib gəlib dünya çempionu oldu

16 Dekabr 2016 13:23

Kiprin Limassol şəhərində kadetlər arasında sambo üzrə dünya birinciliyi davam edir. Goal.az xəbər verir ki, 21 ölkədən samboçuların mübarizə apardığı yarışda Azərbaycan millisi iki medal qazanıb. Birincilikdə 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacəli Qasımov finaladək inamla irəliləyib. Qızıl medal uğrunda idmançımız Ermənistan samboçusundan üstün olub və dünya çempionu olub.

Ronaldunun 500 qolu STATİSTİKAlarla

16 Dekabr 2016 11:06

"Real"ın superulduzu Kriştianu Ronaldu klub karyerasında 500-cü qoluna imza atıb. Portuqaliyalı futbolçu buna klublararası dünya çempionatının yarımfinalında "Amerika" ilə qarşılaşmada nail olub.

"Yuventus"da yeni müqavilə

16 Dekabr 2016 10:53

"Yuventus" Stefano Sturaro ilə müqavilənin müddətini uzadıb. İtaliyalı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. Qeyd edək ki, S.Sturaro bu mövsüm 14 oyunda meydana çıxıb və 1 qol vurub. Apasport.az

Tanınmış oyunçu vəfat etdi

14 Dekabr 2016 19:55

Amerika futbolunun tanınmış oyunçusu Konrad Roland 30 yaşında vəfat edib. Futbolçu beyninə qan sızması nəticəsində ölüb.